TikTok və Reels Kontent Rəhbəri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 24 fevral 2026

Son Tarix: 23 mart 2026

Təsvir

SuperToys TikToker və Reelsmaker komandasının işini idarə edəcək, trendləri yaxından izləyən və yaradıcı yanaşmaya sahib Kontent Rəhbəri axtarır.

Vəzifə öhdəlikləri:

  • TikToker və Reelsmaker komandasının gündəlik işlərini izləmək

  • Komanda üzvləri üçün həftəlik və aylıq iş qrafikləri hazırlamaq

  • Canlı yayım planlarını qurmaq və yayım saatlarını optimallaşdırmaq

  • Kontent planı və kreativ ideyalar hazırlamaq və təklif etmək

  • Komanda performansını izləmək və mütəmadi hesabatlar hazırlamaq

  • Trendləri izləyərək yeni kontent istiqamətləri təklif etmək

  • Komanda daxilində intizam və iş axınını idarə etmək

  • Lazım olduqda çəkiliş və paylaşım proseslərini koordinasiya etmək

Tələblər

  • Sosial media, xüsusilə TikTok və Reels üzrə anlayış və maraq

  • Güclü planlama və təşkilatçılıq bacarıqları

  • Kreativ düşüncə və trend analizi bacarığı

  • Komanda ilə işləmə və effektiv ünsiyyət bacarıqları

  • Məsuliyyətli və nəticəyönümlü olmaq

  • Oxşar sahədə təcrübə üstünlükdür

Təklif etdiklərimiz:

  • Gənc və kreativ komanda ilə çalışma imkanı

  • Rəngli və motivasiyaedici iş mühiti

  • Özünü inkişaf etdirmək və kreativ ideyaları həyata keçirmək imkanı

  • Stabil və rəqabətədavamlı əməkhaqqı

İş yeri: Sədərək ofisi

Əlaqə: 055-220-23-72

CV-nizi qeyd olunan elektron poçt ünvanına “Kontent Rəhbəri” başlığı ilə göndərin.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#9748

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya