Mağaza Meneceri (Sumqayıt)

Tam Ştat

Menecer

1.200 AZN-dən

Yerləşdirilib 13 fevral 2026

Son Tarix: 12 mart 2026

Təsvir

Supertoys komandası böyüməyə davam edir!

Sumqayıt və Bakı şəhərində açılacaq yeni 2 filialımız üçün əməkdaş axtarışındayıq.

Vəzifə öhdəlikləri:

  • Mağazada Supertoys standartlarının və rəhbərliyin tapşırıqlarının icrasını təmin etmək

  • Mağazanın gündəlik açılıb-bağlanması, təmizlik və işə hazırlığa nəzarət etmək

  • Merçendayzinq, texniki proseslər və sistemlərin fasiləsiz işini təşkil etmək

  • Komandanı idarə etmək, motivasiya vermək və gündəlik tapşırıqları bölüşdürmək

  • Satış hədəflərinin icrasını təmin etmək və kampaniyaların icrasına nəzarət etmək

  • Müştəri məmnuniyyətini təmin etmək, VIP və xüsusi müştərilərə yüksək səviyyədə xidmət göstərmək

  • Anbar, kassa və stok idarəsini təşkil etmək

  • Satışın artırılması üçün təkliflər hazırlamaq, performans və hesabatlar təqdim etmək

  • Təhlükəsizlik, əməyin mühafizəsi və sanitar qaydalara əməl olunmasına nəzarət etmək

Tələblər

  • Ali təhsil (idarəetmə və ya satış sahəsində üstünlük verilir)

  • Minimum 2 il pərakəndə satış sahəsində idarəetmə  təcrübəsi

  • Komanda idarəetmə bacarığı və liderlik keyfiyyətləri

  • Güclü ünsiyyət və problem həll etmə bacarığı

  • Stresə davamlılıq, təşəbbüskarlıq və inkişaf yönümlülük

  • Analitik düşünmə, satış göstəricilərini və performansı təhlil etmə bacarığı

  • MS Office və satış proqramları ilə işləmə bacarığı

Biz təklif edirik:

  • Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi

  • Peşəkar inkişaf

  • Dinamik və dostyana iş mühiti

Əmək haqqı 1200-1500azn (1000+bonus)

Müraciət üçün: CV-lərinizi “Mağaza Meneceri” mövzusu ilə göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8749

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya