Tikinti meneceri (metal konstruksiya işləri üzrə, Qarabağ)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 yanvar 2026
Son Tarix: 16 fevral 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Təyin edilmiş layihələr üzrə bütün daşıyıcı və konstruktiv sistemlərin (dəmir-beton, metal, bünövrə və s.) icrasının işçi çertyojlara, layihə sənədlərinə, istehsalat planına və qüvvədə olan normativ sənədlərə uyğunluğunu təmin etmək;
Tikinti sahəsində aparılan struktur işlərinin layihəyə uyğun icrasına ümumi rəhbərlik və nəzarət etmək;
Tikinti-quraşdırma işlərinin tikinti norma və qaydalarına (SNİP, AZS və s.), texniki şərtlərə və təhlükəsizlik tələblərinə uyğun yerinə yetirilməsinə nəzarət etmək;
Subpodratçı təşkilatlar tərəfindən icra olunan struktur işlərinin yoxlanılması, qiymətləndirilməsi və texniki qəbulunda iştirak etmək, rəy vermək;
Tikintidə istifadə olunan konstruktiv materialların (beton, armatur, metal konstruksiyalar və s.) keyfiyyətinə və sertifikatlara uyğunluğuna nəzarət etmək;
Struktur işləri üzrə icra qrafiklərinin hazırlanması, işlərin istehsalat planına uyğun icrasının təmin edilməsi;
Tikinti prosesində tələb olunan normativ-icra sənədlərinin düzgün və vaxtında tərtib olunmasına nəzarət etmək (gizli iş aktları, betonlama aktları, laborator sınaq protokolları və s.);
Struktur işlərinin texnoloji ardıcıllıqla və tələb olunan keyfiyyət səviyyəsində icrasını təmin etmək;
Layihə üzrə vaxt qrafikinin hazırlanması və icrasına, müştəri və nəzarət orqanlarının tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
Sahədə çalışan mühəndis və işçi briqadalarının iş bölgüsünü aparmaq, tapşırıqları müəyyən etmək və icrasına nəzarət etmək;
Beton konstruksiyaların, izolyasiya sistemlərinin, qazıntı və əks-doldurma işlərinin layihə və geoloji tələblərə uyğun aparılmasına nəzarət etmək;
Layihə üzrə dəmir-beton və metal konstruksiyalarda vizual baxış, ölçmə və laborator/test sınaqlarında iştirak etmək və nəticələri təhlil etmək;
Struktur riskləri müəyyən etmək, texniki problemlərin operativ həllini təşkil etmək və rəhbərliyə hesabat vermək.
Tələblər
Tələb olunan göstəricilər:
İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
Struktur və ya tikinti sahəsində minimum 7 il iş təcrübəsi (menecer və ya aparıcı mühəndis səviyyəsində arzuolunandır);
Tikinti-quraşdırma işlərinin icrası və təhvili üzrə texniki reqlamentləri, tikinti norma və qaydalarını, texniki şərtləri dərindən bilmək;
AutoCAD proqramında işləmə bacarığı (arzuolunandır; əlavə struktur proqramları üstünlükdür);
MS Office proqramlarından (Word, Excel, Project və s.) yaxşı istifadə bacarığı;
Analitik düşüncə, liderlik, planlama və komanda idarəetmə bacarığı.
Namizədlərdən öz CV-sini "Tikinti meneceri (Structural)" mövzusu ilə cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçtuna göndərməklərini xahiş olunur.
Necə Müraciət Etmək Olar
North West
Vakansiya Təfərrüatları
Vakansiya ID
#5157
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə