Tikinti meneceri (fasad işləri üzrə, Qarabağ)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 18 yanvar 2026
Son Tarix: 16 fevral 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Tikinti layihəsinin planlaşdırılmasını, icra qrafikinin hazırlanmasını, resursların düzgün bölüşdürülməsini və xərclərin idarə olunmasını təmin etmək;
Layihə üzrə iş həcmlərinin və xərclərin proqnozlaşdırılmasını aparmaq, icraya nəzarət etmək və zəruri hallarda düzəlişlər etmək;
Tikinti materialları və avadanlıqlarının layihə cədvəlinə uyğun olaraq vaxtında sifariş və təhvil verilməsini təşkil etmək;
Layihənin icra vəziyyəti ilə bağlı mütəmadi hesabatlar hazırlamaq və yaranan problemlərin operativ şəkildə həllini təmin etmək;
Layihə üzrə bütün texniki və icra sənədlərinin düzgün və vaxtında aparılmasına nəzarət etmək;
Təsdiq edilmiş büdcə çərçivəsində layihə üzrə maliyyə xərclərinin idarə olunmasında iştirak etmək;
Tikinti işləri zamanı əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək;
Görülən tikinti işlərinin keyfiyyətinə, norma və standartlara uyğunluğuna nəzarət etmək;
Layihənin müəyyən edilmiş müddətdə və keyfiyyət tələblərinə uyğun təhvil verilməsini təmin etmək;
Tikinti prosesi zamanı ortaya çıxan texniki və təşkilati məsələlərin vaxtında həllində iştirak etmək;
Layihələndirmə mərhələsində layihə təşkilatlarına ilkin texniki göstərişlər vermək, layihə-smeta sənədlərinin dolğunluğunu və keyfiyyətini təmin etmək.
Tələblər
Tikintinin idarə edilməsi, tikinti mühəndisliyi və ya müvafiq sahə üzrə minimum 4 illik ali təhsil;
Tikinti layihələrinin idarə edilməsi sahəsində minimum 7-10 il iş təcrübəsi;
Tikinti materialları, texnologiyaları və avadanlıqları barədə geniş biliklərə malik olmaq;
Tikinti və layihə idarəetmə proqramlarını (məsələn, MS Project, Primavera və s.) və ofis proqramlarını yüksək səviyyədə bilmək;
PMP və ya oxşar beynəlxalq sertifikatlara malik namizədlərə üstünlük verilir;
Güclü liderlik, komanda idarəetməsi, vaxtın planlaşdırılması və qərarvermə bacarıqları.
Namizədlərdən öz CV-sini "Tikinti meneceri (fasad)" mövzusu ilə cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçtuna göndərməklərini xahiş olunur.
Necə Müraciət Etmək Olar
North West
Vakansiya Təfərrüatları
Vakansiya ID
#5156
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə