Ticari Marketinq üzrə Analitik

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 2 may 2026

Təsvir

  • Məhsul və kateqoriya performansını mütəmadi təhlil etmək və izləmək

  • Qiymət, promosyon və endirim kampaniyalarının effektivliyini ölçmək və optimallaşdırmaq

  • Aylıq, rüblük və illik performans hesabatlarını hazırlamaq

  • Rəhbərlik üçün analitik təqdimatları hazırlamaq və nəticələri vizuallaşdırmaq

  • Data əsaslı qərarvermə üçün strateji tövsiyələr vermək

  • Kampaniya və satış hədəflərini müəyyən etmək icra prosesini izləmək və nəticələri paylaşmaq

  • Yarışma üçün hədəfləri müəyyən edilib,gedişat və nəticləri paylaşmaq

  • Böyük həcmli məlumatların emalı və biznes yönümlü interpretasiyası

  • Excel, Power BI, Tableau və digər BI alətləri vasitəsilə dashboard və hesabatları hazırlamaq

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə)

  • Retail və ya FMCG sektorunda minimum 1-2 il iş təcrübəsi (üstünlükdür)

  • Analitika və performans ölçmə sahəsində praktiki təcrübə

  • Qiymət strategiyası və kampaniya analizləri üzrə biliklər

  • Excel üzrə yüksək səviyyədə biliklər (Pivot Table, Power Query və s.)

  • Power BI, Tableau və ya digər BI alətləri ilə işləmə bacarığı

  • Güclü analitik düşüncə və data ilə işləmə qabiliyyəti

  • Təqdimat hazırlama və effektiv kommunikasiya bacarıqları

Necə Müraciət Etmək Olar

OBA Market MMC

OBA Market MMC

Retail

OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12670

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya