Ana Səhifə
Vakansiyalar

Mağaza sifarişi mütəxəssisi

Mağaza sifarişi mütəxəssisi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 4 aprel 2026

Son Tarix: 29 aprel 2026

Təsvir

Mağaza sifarişlərinin vaxtında və düzgün şəkildə formalaşdırılması, emalı və icrasına nəzarət etmək

Mövcud stok səviyyələrini mütəmadi olaraq izləmək, çatışmazlıqların qarşısını almaq və optimal stok balansını təmin etmək

Satış göstəricilərini təhlil edərək sifariş planlamasını həyata keçirmək və tələbatın düzgün proqnozlaşdırılmasını təmin etmək

Sifariş, stok və təchizat üzrə məlumatların sistemdə düzgün və dəqiq şəkildə qeydiyyatını aparmaq

Təchizat və logistika komandaları ilə koordinasiyalı işləyərək sifarişlərin vaxtında çatdırılmasını təmin etmək

Mövsümi dəyişiklikləri və kampaniyaları nəzərə alaraq sifariş həcmlərini optimallaşdırmaq

Sifariş prosesində yaranan problemləri operativ şəkildə aşkar edib həll etmək

Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək və proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək

Tələblər

Ali təhsil (İqtisadiyyat, Menecment, Logistika və ya əlaqəli sahələr üzrə üstünlükdür)

Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (retail və ya FMCG sahəsində təcrübə üstünlükdür)

Stok idarəetməsi və sifariş planlaması üzrə əsas biliklər

Analitik düşünmə və satış məlumatlarını təhlil etmə bacarığı

MS Office proqramlarında, xüsusilə Microsoft Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı

ERP və ya digər sifariş/stok idarəetmə sistemləri ilə işləmə təcrübəsi üstünlükdür

Dəqiqlik, məsuliyyətlilik və operativ işləmə bacarığı

Komandada işləmək və effektiv kommunikasiya bacarığı

Necə Müraciət Etmək Olar

OBA Market MMC

OBA Market MMC

Retail

OBA Market MMC Azərbaycanın hər bölgəsində fəaliyyət göstərən yaxın və qənaətli “qonşu market” şəbəkəsidir, Veysəloğlu Şirkətlər Qrupuna daxil olaraq 2016-cı ildə pərakəndə bazara yeni-diskont market konsepsiyası ilə daxil olmuşdur. Şəbəkənin əsas məqsədi müştərilərə gündəlik tələbat məhsullarını maksimum aşağı qiymətə və yüksək keyfiyyətlə təqdim etməkdir. 2020-ci ildən etibarən məhsul çeşidini xeyli genişləndirərək öz markaları (PL-Private Label) ilə yanaşı yerli və xarici brendlərin satışını da reallaşdırır. OBA Market vizion olaraq alış-verişdə qənaət və etimad yaradan qonşu market olmağı, missiya olaraq isə əməkdaşlarının sevərək çalışdığı və müştərilərin tez-tez ziyarət etdiyi doğma market olmağı hədəfləyir. Şirkət 2023-cü ilə kimi 1300-dən çox mağaza ilə 500 000-dən artıq müştərilərə xidmət göstərmiş, ölkənin müxtəlif regionlarında geniş şəbəkə ilə fəaliyyət göstərmişdir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#12669

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya