Tibbi nümayəndə
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 yanvar 2026
Son Tarix: 7 fevral 2026
Təsvir
Şirkət haqqında:
"Conalt Azərbaycan" – Avropanın köklü və innovativ əczaçılıq təcrübəsini ölkəmizə daşıyan rəsmi nümayəndəlikdir. "Ömür boyu sağlamlıq, enerji və canlılığın simvolu" fəlsəfəsini rəhbər tutan Conalt, yüksək keyfiyyətli qida əlavələri və farmasevtik məhsulları ilə insanların həyat keyfiyyətini artırmağı hədəfləyir. Biz sadəcə məhsul təqdim etmirik, tibb dünyası ilə xəstələr arasında elmi və etibarlı bir körpü qururuq. Tibbi nümayəndə bizim üçün şirkətin "sahədəki siması" və elmi elçisidir. Bu vəzifənin əsas məqsədi Conalt-ın innovativ qida əlavələri haqqında tibbi mütəxəssisləri məlumatlandırmaq və bu məhsulların düzgün auditoriyaya çatmasını təmin edərək cəmiyyətin sağlamlıq standartlarını yüksəltməkdir.
İş qrafiki: 09:00 dan– 18:00 dək (Bazar ertəsi – Cümə)
İstirahət: Şənbə və Bazar günləri, həmçinin bütün rəsmi bayram günləri istirahətdir
Əmək haqqı: Rəsmi və rəqabətqabiliyyətli (əmək müqaviləsi əsasında)
Peşəkar inkişaf və beynəlxalq standartlara uyğun iş mühiti
Müraciət üçün: Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində "Tibbi Nümayəndə" qeyd edərək pm.az@conalt.com ünvanına göndərə bilərlər
İş haqqında
Yaş həddi 20 – 45
Tibbi nümayəndə sahəsində iş təcrübəsi mütləqdir
Xanım və ya Bəy namizədlər müraciət edə bilər
Ali və ya orta təhsil (sahə üzrə təcrübə və bacarıq daha önəmlidir)
Dinamik iş mühitinə sürətli adaptasiya və yüksək ünsiyyət qurmaq qabiliyyəti
Nəticəyönümlü düşünmə və komandada işləmək bacarığı.
Tələblər
Təyin olunmuş marşrut üzrə mütəmadi görüşlər keçirmək
Şirkətin qida əlavələri portfelini tibbi müəssisələrdə və apteklərdə peşəkar şəkildə tanıtmaq
Satış hədəflərinin icrasını təmin etmək və bazar analizi aparmaq
Yeni müştərilərin (həkim və əczaçılar) cəlb edilməsi və onlarla uzunmüddətli, davamlı əlaqələrin qurulması
Şirkət tərəfindən təşkil olunan konfrans, seminar və digər tanıtım tədbirlərinin təşkilində aktiv iştirak etmək
Gündəlik və aylıq hesabatları rəhbərliyə təqdim etmək.
Necə Müraciət Etmək Olar
CONALT Pharmaceutical Industry
Vakansiya Təfərrüatları
Vakansiya ID
#5348
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə