Tibbi nümayəndə

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 mart 2026

Son Tarix: 4 aprel 2026

Təsvir

İş şəraiti:

  • İş rejimi: 5 gün (I–V günlər)

  • İş saatları: 09:00 – 18:00

  • İstirahət günləri: Şənbə və Bazar

  • Əmək haqqı: İş təcrübəsinə əsasən qarşılıqlı razılaşma yolu ilə

  • İş yeri: Bakı şəhəri, Nərimanov r-nu, Nəsibbəy Yusifbəyli küçəsi

Vəzifə və öhdəliklər:

  • Şirkətin məhsullarını təyin olunmuş ərazi üzrə apteklərdə həkim və əczaçılara tanıtmaq;

  • Şirkətdə verilmiş təlimatları və tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;

  • Görülən işlər barədə gündəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi;

  • Məhsulların satışını təmin etmək;

  • Qoyulan planların yerinə yetirilməsi;

  • Satış dinamikasının izlənilməsi və təhlili;

  • Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlanılması;

  • Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görülməsi;

  • Şirkətin məhsullarının apteklərdə olunmasını təmin etmək;

  • Bazar araşdırması etmək və satış kanallarını artırılması;

  • Apteklərdən nutrientlər üzrə rəy alınması;

  • Yeni apteklərin cəlb edilməsi və onlarla davamlı əlaqələrin yaradılmasını prosesində iştirak edilməsi.

  • Apteklərə sifariş olunmuş məhsulların vaxtında çatdırılmasına nəzarət etmək, zəruri hallarda məhsulların apteklərə çatdırılmasında iştirak etmək;

  • Təyin olunmuş apteklərdən, depolardan ödənişlərin (nağd və ya köçürmə üzrə sənədlərin) toplanması və müvafiq qaydada şirkətə təqdim olunmasını təmin etmək;

  • Apteklərdə məhsul qalığının monitorinqini aparmaq və ehtiyac olduqda əlavə sifarişlərin formalaşdırılmasını təmin etmək;

  • Anbar və satış nöqtələri ilə koordinasiyalı şəkildə işləyərək sifarişlərin düzgün icrasına nəzarət etmək;

Namizədə qarşı tələblər:

  • Ali və ya orta təhsil;

  • Tələbə olmaması;

  • Maşının olması üstünlükdür;

  • Dərman və ya bioloji aktiv qida məhsullarını satan şirkətlərdə iş təcrübəsi (ən azı 2 il)

  • Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili və İngilis dili üstünlükdür;

  • Komputer bilikləri: Word, Excel, Outlook proqramlarını bilməli;

  • Komanda da işləmə bacarığı;

  • Çevik və işgüzar olması;

  • Müəssisə üzrə kommersiya sirri hesab olunan məlumatların məxfiliyini təmin etməli.

Peşəkarlıq tələbləri:

  • Səlis və aydın nitq, sistemli təqdimat bacarığı qabiliyyəti;

  • Dəqiqlik və sənədlərlə düzgün işləmə

  • Məsuliyyətli, dəqiq, dürüst və ünsiyyətcil olması;

Təklif olunur:

  • Rəqabətədavamlı əmək haqqı (müsahibə əsasında müəyyən ediləcək)

  • Peşəkar və inkişaf yönümlü iş mühiti

Maraqlanan namizədlər cv-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#10732

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə