Tam Ştat

Orta Səviyyə

700 AZN-dən

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 2 may 2026

Təsvir

AVAZ Eşitmə və Nitq Mərkəzi (Bakı şəhəri) Audioloq və eşitmə cihazları üzrə mütəxəssis vəzifəsi üzrə namizəd axtarır!

Namizəd xidmət keyfiyyətinin artırılmasına töhfə verməli, müraciət edən şəxslərlə peşəkar münasibət qurmağı və komandada effektiv işləməyi bacarmalıdır.

Vəzifə öhdəlikləri

  • Müraciət edən şəxslərin qəbulu və müayinələrinin aparılması

  • Müayinə nəticələrinə əsasən eşitmə cihazının təyin edilməsi

  • Eşitmə cihazlarının istifadəsi ilə bağlı müraciət edən şəxslərin məlumatlandırılması

  • Eşitmə cihazlarının tənzimlənməsi

  • İş prosesi ilə bağlı məlumatların sənədləşdirilməsi və sistemə daxil edilməsi

  • Avadanlıqların düzgün istifadəsinə və texniki vəziyyətinə nəzarət

Namizədə dair tələblər

  • Ali və ya orta-ixtisas səviyyəli tibb təhsili

  • Rus və ya ingilis dillərində orta səviyyədə biliklər (üstünlükdür)

  • MS Office proqramları ilə işləmək bacarığı

  • Peşə etikası, güclü ünsiyyət bacarığı və müştəri yönümlü yanaşma

  • Yaş həddi: 22–50 yaş

İş şərtləri

  • Əmək müqaviləsi əsasında rəsmi əmək münasibətləri

  • İş rejimi: Tam iş günü

  • Həftəlik istirahət günü: 1 gün

  • Əməkhaqqı: 700 AZN (+ mükafat)

Maraqlanan namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində “Audioloq” qeyd etməklə göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Avaz Eşitmə və Nitq Mərkəzi

Avaz Eşitmə və Nitq Mərkəzi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14781

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Müştəri Əlaqələri üzrə Mütəxəssis

Tam Ştat

AVAZ Eşitmə və Nitq Mərkəzi müştərilərlə effektiv ünsiyyət qurmaq, sosial media və telefon üzərindən müraciətləri idarə etmək və satışa çevirmək üçün Telesatış və Müştəri Əlaqələri üzrə Mütəxəssis axtarır. Bu vəzifənin əsas məqsədi – müraciət edən şəxslərlə düzgün ünsiyyət quraraq onları müayinəyə və xidmətlərə yönləndirmək, həmçinin müştəri məmnuniyyətini təmin etməkdir. Vəzifə öhdəlikləri Sosial media (Instagram, WhatsApp və s.) və telefon vasitəsilə daxil olan müraciətləri operativ və peşəkar şəkildə cavablandırmaq Müştərilərlə əlaqə saxlayaraq onların ehtiyaclarını müəyyən etmək və uyğun xidmətlər təklif etmək Xidmətlər barədə məlumat vermək və müştəriləri müayinəyə yönləndirmək Mesajlaşma və zəng vasitəsilə müştərilərin qeydiyyatını aparmaq, görüşləri planlaşdırmaq Qeydiyyat cədvəli ilə işləmək və müştəri məlumatlarını sistemə daxil etmək Müştərilərlə follow-up (təkrar əlaqə) aparmaq və müraciətlərin nəticəyə çevrilməsini təmin etmək Xidmət almış müştərilərlə əlaqə saxlayaraq məmnunluq səviyyəsini öyrənmək və zəruri hallarda xatırlatmalar etmək Müştəri məmnuniyyətinin artırılmasına dəstək olmaq Vasitəçisi olduğu satış nəticələri üzrə hesabatlar hazırlamaq Namizədə dair tələblər Satış və ya onlayn müştəri xidməti sahəsində təcrübə üstünlükdür Telefon və yazılı ünsiyyət bacarıqları Sosial media platformaları ilə işləmə bacarığı Azərbaycan dilində sərbəst yazı və danışıq (Rus və İngilis dili üstünlükdür) Məsuliyyətli, diqqətli və nəticə yönümlü (satışa fokuslu) olmaq Üstünlük veriləcək Satış və ya telesatış təcrübəsi Müştəri xidmətləri sahəsində iş təcrübəsi Tibbi sahədə və ya klinika mühitində təcrübə İş şərtləri Əmək müqaviləsi əsasında rəsmi əmək münasibətləri İş yeri: Bakı şəhəri İş qrafiki: Həftədə 5 iş günü (bazar ertəsi – cümə) İş saatları: 10:00 – 17:00 Ofisə gəlmə şərti: Həftədə 5 gün (gələcəkdə hybrid iş rejimi tətbiq edilə bilər) Şənbə və bazar günləri, bayram günləri, eləcə də iş saatları xaricində daxil olan zəng və mesajların vaxtında cavablandırılması tələb olunur. Əmək haqqı: 500 AZN net (+ bonus) Müraciət qaydası Maraqlanan namizədlər CV-lərini göstərilən elektron poçt ünvanına, mövzu hissəsində “Müştəri Əlaqələri üzrə Mütəxəssis” qeyd etməklə göndərə bilərlər.