Müştəri Əlaqələri üzrə Mütəxəssis
Tam Ştat
Orta Səviyyə
500 AZN-dən
Yerləşdirilib 4 aprel 2026
Son Tarix: 2 may 2026
Təsvir
AVAZ Eşitmə və Nitq Mərkəzi müştərilərlə effektiv ünsiyyət qurmaq, sosial media və telefon üzərindən müraciətləri idarə etmək və satışa çevirmək üçün Telesatış və Müştəri Əlaqələri üzrə Mütəxəssis axtarır.
Bu vəzifənin əsas məqsədi – müraciət edən şəxslərlə düzgün ünsiyyət quraraq onları müayinəyə və xidmətlərə yönləndirmək, həmçinin müştəri məmnuniyyətini təmin etməkdir.
Vəzifə öhdəlikləri
Sosial media (Instagram, WhatsApp və s.) və telefon vasitəsilə daxil olan müraciətləri operativ və peşəkar şəkildə cavablandırmaq
Müştərilərlə əlaqə saxlayaraq onların ehtiyaclarını müəyyən etmək və uyğun xidmətlər təklif etmək
Xidmətlər barədə məlumat vermək və müştəriləri müayinəyə yönləndirmək
Mesajlaşma və zəng vasitəsilə müştərilərin qeydiyyatını aparmaq, görüşləri planlaşdırmaq
Qeydiyyat cədvəli ilə işləmək və müştəri məlumatlarını sistemə daxil etmək
Müştərilərlə follow-up (təkrar əlaqə) aparmaq və müraciətlərin nəticəyə çevrilməsini təmin etmək
Xidmət almış müştərilərlə əlaqə saxlayaraq məmnunluq səviyyəsini öyrənmək və zəruri hallarda xatırlatmalar etmək
Müştəri məmnuniyyətinin artırılmasına dəstək olmaq
Vasitəçisi olduğu satış nəticələri üzrə hesabatlar hazırlamaq
Namizədə dair tələblər
Satış və ya onlayn müştəri xidməti sahəsində təcrübə üstünlükdür
Telefon və yazılı ünsiyyət bacarıqları
Sosial media platformaları ilə işləmə bacarığı
Azərbaycan dilində sərbəst yazı və danışıq (Rus və İngilis dili üstünlükdür)
Məsuliyyətli, diqqətli və nəticə yönümlü (satışa fokuslu) olmaq
Üstünlük veriləcək
Satış və ya telesatış təcrübəsi
Müştəri xidmətləri sahəsində iş təcrübəsi
Tibbi sahədə və ya klinika mühitində təcrübə
İş şərtləri
Əmək müqaviləsi əsasında rəsmi əmək münasibətləri
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftədə 5 iş günü (bazar ertəsi – cümə)
İş saatları: 10:00 – 17:00
Ofisə gəlmə şərti: Həftədə 5 gün (gələcəkdə hybrid iş rejimi tətbiq edilə bilər)
Şənbə və bazar günləri, bayram günləri, eləcə də iş saatları xaricində daxil olan zəng və mesajların vaxtında cavablandırılması tələb olunur.
Əmək haqqı: 500 AZN net (+ bonus)
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini göstərilən elektron poçt ünvanına, mövzu hissəsində “Müştəri Əlaqələri üzrə Mütəxəssis” qeyd etməklə göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Avaz Eşitmə və Nitq Mərkəzi
Vakansiya Təfərrüatları
Vakansiya ID
#12445
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə