Texnoloq (qida sənayesi)
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 14 aprel 2026
Son Tarix: 12 may 2026
Təsvir
Vəzifə öhdəlikləri
İstehsalat prosesi zamanı texnoloji prosesin düzgün idarə olunması və bu texnoloji prosesdən kənarlaşma hallarının olmaması üçün prosesə nəzarət etmək;
İşçilərin istehsal prosesini daha da dərindən öyrənməsi üçün onlarla qarşılıqlı əməkdaşlıq etmək;
İstehsalat dayanmalarını analiz etmək, boş dayanmaların, məhsulun keyfiyyətini aşağı salan faktorların araşdırılması və aradan qaldırılmasını həyata keçirmək;
İstehsalatda istifadə olunan xammal və materialların düzgün təyin olunmuş norma daxilində istifadə edilməsinə nəzarət etmək;
Yeməklərin kalkulyasiya cədvəllərinin və texnoloji-texniki kartların hazırlanması;
Məhsulun maya dəyərinin hesablanması və yeni yemək reseptlərinin hazırlanmasında iştirak;
Hazır yeməklərdə zülal, yağ və karbohidratların nisbətinin müəyyənləşdirilməsi;
Nəzarət prosedurlarının təşkili;
İnventarlaşdırma prosesində iştirak və mal-material ehtiyatlarının normativ göstəricilərinə nəzarət, məhsulun silinməsi üzrə nəzarət tədbirlərinin həyata keçirilməsi;
Sanitariya və gigiyena tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə müvafiq nəzarət orqanları ilə əlaqələrin qurulması;
Hazır yeməyin keyfiyyətinə dair nəzarətin həyata keçirilməsi;
İctimai yemək bazarındakı yeni meyllərin təhlili və bu meyllərə uyğun iş prosesinin koordinasiyası.
Namizədə dair tələblər:
Ali texniki təhsil (qida məhsullarının emalı);
Sahə üzrə minimum 3 - 5 il iş təcrübəsi;
MS Office proqramları üzrə bilik;
Azərbaycan dilində səlis danışıq (Rus və İngilis dili bilən namizədlər arzuolunandır);
İctimai yemək sahəsində hüquqi tənzimləmə haqqında biliklər;
Texnoloji prosesin təşkili prinsiplərinin və prosedurlarının bilikləri;
İctimai yemək məhsullarının resepturası və texnologiyası, menyu tərtib etmə qaydaları, xammalın itki və tullantılarının normalarının müəyyən edilməsi metodikası, həmçinin məhsulların əvəzlənməsi və yeməklərin uyğunluğu haqqında biliklər;
Yarımfabrikatların, yeməklərin və kulinariya məhsullarının keyfiyyətinə dair tələblərin bilikləri;
İctimai yemək məhsullarının orqanoleptik qiymətləndirilməsi və brakerajın aparılması qaydaları haqqında biliklər.
İş şəraiti
Əmək haqqı: müsahibə nəticəsində
İş qrafiki: 6 günlük
Əmək haqqı: 1000 AZN
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərmələri xahiş olunur.
Əlaqə məlumatları: +994 10 311 41 52 – Alisa xanım.
Necə Müraciət Etmək Olar
Best Food Catering MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13621
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə