Şirkətlərə Qayıt
Best Food Catering MMC

Best Food Catering MMC

1

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

1 iş elanı

Best Food Catering MMC

Texnoloq (qida sənayesi)

Best Food Catering MMC

Tam Ştat
Orta Səviyyə

Vəzifə öhdəlikləri İstehsalat prosesi zamanı texnoloji prosesin düzgün idarə olunması və bu texnoloji prosesdən kənarlaşma hallarının olmaması üçün prosesə nəzarət etmək; İşçilərin istehsal prosesini daha da dərindən öyrənməsi üçün onlarla qarşılıqlı əməkdaşlıq etmək; İstehsalat dayanmalarını analiz etmək, boş dayanmaların, məhsulun keyfiyyətini aşağı salan faktorların araşdırılması və aradan qaldırılmasını həyata keçirmək; İstehsalatda istifadə olunan xammal və materialların düzgün təyin olunmuş norma daxilində istifadə edilməsinə nəzarət etmək; Yeməklərin kalkulyasiya cədvəllərinin və texnoloji-texniki kartların hazırlanması; Məhsulun maya dəyərinin hesablanması və yeni yemək reseptlərinin hazırlanmasında iştirak; Hazır yeməklərdə zülal, yağ və karbohidratların nisbətinin müəyyənləşdirilməsi; Nəzarət prosedurlarının təşkili; İnventarlaşdırma prosesində iştirak və mal-material ehtiyatlarının normativ göstəricilərinə nəzarət, məhsulun silinməsi üzrə nəzarət tədbirlərinin həyata keçirilməsi; Sanitariya və gigiyena tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə müvafiq nəzarət orqanları ilə əlaqələrin qurulması; Hazır yeməyin keyfiyyətinə dair nəzarətin həyata keçirilməsi; İctimai yemək bazarındakı yeni meyllərin təhlili və bu meyllərə uyğun iş prosesinin koordinasiyası. Namizədə dair tələblər: Ali texniki təhsil (qida məhsullarının emalı); Sahə üzrə minimum 3 - 5 il iş təcrübəsi; MS Office proqramları üzrə bilik; Azərbaycan dilində səlis danışıq (Rus və İngilis dili bilən namizədlər arzuolunandır); İctimai yemək sahəsində hüquqi tənzimləmə haqqında biliklər; Texnoloji prosesin təşkili prinsiplərinin və prosedurlarının bilikləri; İctimai yemək məhsullarının resepturası və texnologiyası, menyu tərtib etmə qaydaları, xammalın itki və tullantılarının normalarının müəyyən edilməsi metodikası, həmçinin məhsulların əvəzlənməsi və yeməklərin uyğunluğu haqqında biliklər; Yarımfabrikatların, yeməklərin və kulinariya məhsullarının keyfiyyətinə dair tələblərin bilikləri; İctimai yemək məhsullarının orqanoleptik qiymətləndirilməsi və brakerajın aparılması qaydaları haqqında biliklər. İş şəraiti Əmək haqqı: müsahibə nəticəsində İş qrafiki: 6 günlük Əmək haqqı: 1000 AZN Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərmələri xahiş olunur. Əlaqə məlumatları: +994 10 311 41 52 – Alisa xanım.