Ana Səhifə
Vakansiyalar

Texniki xidmət üzrə mütəxəssis

Texniki xidmət üzrə mütəxəssis

Tam Ştat

Orta Səviyyə

1.200 AZN-dən

Yerləşdirilib 19 dekabr 2025

Son Tarix: 18 yanvar 2026

Təsvir

Əsas vəzifə və öhdəliklər:

  • Zavod daxili imkanlarla hazırlanması mümkün olan ehtiyat hissələrinin çertyojlarının hazırlanaraq mexaniki və ya elektriki təmir sexlərinə sifariş verilməsi;

  • Mexaniki və elektriki təmir sexlərində hazırlanan və ya təmir edilən hissələrin müvafiq aktlara uyğun olaraq anbara təhvil təslimində iştirak;

  • Torna və ya Frez dəzgahında hazırlanan mil və materialların zavod daxili təyinatından  asılı olaraq metal tipinin, təyin edilməsi;

  • Ehtiyat hissələri anbarının izlənilməsi, azalan ehtiyat hissələrinin sifarişi üçün təklifin verilməsi

  • Sifariş edilən hissələrin (yerli və ya xarici təchizat) anbara qəbulunda iştirak;

  • Texniki təminat prosedurunun tətbiqi:

  • Zavod daxili avadanlıqların plana uyğun profilaktik gündəlik, həftəlik və aylıq baxışlarında iştirak. Baxış nəticəsinə uyğun olaraq  profilaktik baxış jurnallarının yazılması;

  • Planlı təmir hesabatının hazırlanmasında iştirak;

  • Dəvət edilən podratçı təşkilat və ya servislərin təlimata uyğun giriş aktlarının hazırlanması;

  • Dəvət edilən podratçı təşkilat və ya servislərin yerinə yetirdiyi təmir və ya yenidən qurma işlərinin müvafiq aktlara uyğun olaraq təhvil təslimində iştirak;

  • Qəza və təxirəsalınmaz təmir işlərinin təşkili (Günün istənilən saatında);

  • Avadanlıq üzərindən sökülərək təmir ediləcək və ya ümumiyyətlə istismara yararsız olan ehtiyyat hissələri üçün qüsur aktlarının hazırlanması;

  • Avadanlıqların faydalı iş əmsalının artırılması, materialların və iş alətlərinin səmərəli istifadəsinə nəzarət;

  • Texniki Çertyojların hazırlanması (Dişli frez işləri, Torna və yonuş işləri)

Tələblər

  • Ali təhsil.

  • Tikinti materialları sektorunda (xüsusilə keramika, keramoqranit) minimum 3 illik iş təcrübəsi.

  • MS Office və AutoCad proqramlarında işləmək bacarığı.

  • Çertyojlarla işləmək bacarığı;

  • Yüksək işgüzarlıq qabiliyyəti;

  • Komandada işləmək bacarığı;

  • Təşəbbüskarlıq qabiliyyəti;

  • Diqqətli və məsuliyyətli;

  • Operativlik;

  • Xarici dil biliyi arzuolunandır.

İş şəraiti:

  • 6 günlük iş qrafiki: saat 09:00-17:00;

  • Əmək haqqı: 1200-1500 azn;

  • Ünvan: Hacıqabul rayonu, Hacıqabul-Kürdəmir şossesi 9-cu km

  • Uzaq regiondan olan işçi üçün qonaqlama və 3 dəfə nahar qarşılanır.

Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün Hacıqabul rayonunda yerləşən zavoda dəvət ediləcək.

Uyğun namizədlərdən CV-lərini  “Texniki xidmət üzrə mütəxəssis” başlığı altında qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3278

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə