Texniki xidmət üzrə mütəxəssis
Əsas vəzifə və öhdəliklər:
Zavod daxili imkanlarla hazırlanması mümkün olan ehtiyat hissələrinin çertyojlarının hazırlanaraq mexaniki və ya elektriki təmir sexlərinə sifariş verilməsi;
Mexaniki və elektriki təmir sexlərində hazırlanan və ya təmir edilən hissələrin müvafiq aktlara uyğun olaraq anbara təhvil təslimində iştirak;
Torna və ya Frez dəzgahında hazırlanan mil və materialların zavod daxili təyinatından asılı olaraq metal tipinin, təyin edilməsi;
Ehtiyat hissələri anbarının izlənilməsi, azalan ehtiyat hissələrinin sifarişi üçün təklifin verilməsi
Sifariş edilən hissələrin (yerli və ya xarici təchizat) anbara qəbulunda iştirak;
Texniki təminat prosedurunun tətbiqi:
Zavod daxili avadanlıqların plana uyğun profilaktik gündəlik, həftəlik və aylıq baxışlarında iştirak. Baxış nəticəsinə uyğun olaraq profilaktik baxış jurnallarının yazılması;
Planlı təmir hesabatının hazırlanmasında iştirak;
Dəvət edilən podratçı təşkilat və ya servislərin təlimata uyğun giriş aktlarının hazırlanması;
Dəvət edilən podratçı təşkilat və ya servislərin yerinə yetirdiyi təmir və ya yenidən qurma işlərinin müvafiq aktlara uyğun olaraq təhvil təslimində iştirak;
Qəza və təxirəsalınmaz təmir işlərinin təşkili (Günün istənilən saatında);
Avadanlıq üzərindən sökülərək təmir ediləcək və ya ümumiyyətlə istismara yararsız olan ehtiyyat hissələri üçün qüsur aktlarının hazırlanması;
Avadanlıqların faydalı iş əmsalının artırılması, materialların və iş alətlərinin səmərəli istifadəsinə nəzarət;
Texniki Çertyojların hazırlanması (Dişli frez işləri, Torna və yonuş işləri)