Texniki rəssam
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 may 2026
Son Tarix: 5 iyun 2026
Təsvir
Azertexnolayn MMC-nin Texniki Avadanlıqlar Zavoduna “Texniki rəssam”
Əmək funksiyası:
Əməliyyatlar üçün bütün detalların texniki şəklini çıxartmaq,emalata və KİS-ə göndərmək;
Məhsulların texniki pasportlarının və paketləmə təlimatlarının hazırlanması;
Məhsulların montaj təlimatlarının və yığımlarının hazırlanması;
Logo kodlarının texniki rəsmlərə və yığıma qeyd edilməsi;
Detalların və montajın texniki xüsusiyyətlərini hesabat formasına salmaq və arxivləşdirmək;
Yerli və beynəlxalq (DÜST,GOST,EN,ISO,APİ,AWWA və s) standartlarda olan toleranslarla işləmək və bunları bilmək;
Yeni sifariş olan məhsulların üzərindən ölçü götürmək,bunların texniki rəsmlərini hazırlamaq və prototip hazırlanarkən mühəndislərə köməklik göstərmək;
Şöbə rəhbərinin tapşırdığı digər texniki məslələrin həllində fəal iştirak etmək;
Bilməlidir:
Qatı modelləmə programını yaxşı istifadə etmək (Solidworks),
MS Office proqramlarından ən az Word ve Excel,
Layihə hazırlama ve təqib prosedurlarını bilməlidir;
Yerli və beynəlxalq (DÜST, EN, İSO, APİ, AWWA və s.) standartları istifadə etməyi bilməlidir;
İş qrafiki:
Həftədə 5 gün / 8 saat: saat 09:00-dan 18:00-a qədər. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
İstirahət günü: Şənbə və Bazar günü
Tələblər
Ali təhsil
İngilis və Rus dili biliyi
MS Office proqramları
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
Namizədlərin dəyərləndirilmə prosesi:
Birinci mərhələ- Məntiqdən test imtahanı, İnsan resursları şöbə rəisi və Texnologiya bölmə rəisi ilə müsahibə
İkinci mərhələ- Zavod müdiri ilə görüş, İşə qəbul
Təminatlar:
Nahar və servis (Bakı şəhəri üzrə) şirkət tərəfindən verilir;
Qeyd: Tələblərə uyğun gələn namizədlər CV-lərini “Texniki rəssam” başlığı altında qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. AZ 5000. Azərbaycan Sumqayıt Kimya Sənaye Parkı.
Əlaqə nömrəsi: +994 12 377 44 44
Necə Müraciət Etmək Olar
Azertexnolayn
Manufacturing
Azertexnolayn MMC Azərbaycanda fəaliyyət göstərən sənaye və texniki avadanlıqların satışı və xidmətləri üzrə ixtisaslaşmış şirkətdir. Şirkət müxtəlif sahələr üçün (istehsal, tikinti, energetika və texniki xidmət istiqamətləri) müasir texnoloji həllər və avadanlıqlar təqdim edərək yerli bazarda etibarlı tərəfdaş kimi tanınır. Azertexnolayn fəaliyyətində keyfiyyətli məhsul seçimi, peşəkar texniki dəstək və uzunmüddətli əməkdaşlıq prinsiplərini əsas tutur. Şirkət beynəlxalq istehsalçılarla əməkdaşlıq edərək müştərilərə həm avadanlıq təchizatı, həm də satışdan sonrakı texniki xidmətlər göstərir və sənaye müəssisələrinin səmərəliliyinin artırılmasına töhfə verməyi hədəfləyir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15726
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000