Texniki qulluq və təmir üzrə növbə rəisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 15 yanvar 2026
Son Tarix: 14 fevral 2026
Təsvir
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
Vəzifə və Öhdəlikləri:
Növbədəki texniki qulluq və təmir işlərini planlamaq və təşkil etmək.
Texniki qulluq və təmir üzrə əməkdaşların gündəlik fəaliyyətlərini koordinasiya etmək və tapşırıqları bölüşdürmək.
Təmir işləri üçün lazım olan materialların, alətlərin və avadanlıqların təmin olunmasını nəzarətdə saxlamaq.
Texniki problemləri müəyyənləşdirmək və onların tez və effektiv həll olunması üçün tədbirlər görmək.
Təmir və qulluq işlərinin keyfiyyətini və təhlükəsizlik standartlarına uyğunluğunu yoxlamaq.
Quraşdırma, texniki qulluq və təmir işlərinin düzgün və təhlükəsiz icra olunmasına nəzarət etmək.
Avadanlıqların performansını mütəmadi olaraq yoxlamaq və kənarlaşma halında müdaxilə etmək.
Texniki qulluq və təmir işçilərinin təhlükəsizlik qaydalarına əməl etməsini təmin etmək.
Texniki qulluq və təmir işlərinin qeydiyyatını aparmaq və işlərə dair hesabatları hazırlamaq.
Avadanlıqların vəziyyəti, görülmüş işlər və ehtiyat hissələrinin istifadəsi barədə müntəzəm hesabatlar təqdim etmək.
Mövcud avadanlıqların səmərəli istifadəsini təmin etmək və onların texniki vəziyyətini izləmək.
Yeni avadanlıqların quraşdırılmasına və mövcud sistemlərin təkmilləşdirilməsinə dair təkliflər vermək.
Tələblər
:
Ali təhsil, (Elektrik və Avtomatika mühəndisliyi üzrə olanlara üstünlük verilir);
Sahə üzrə sertifikat olması əlavə üstünlükdür;
İstehsalat sahəsində 3-5 il iş təcrübəsi;
MS Office;
Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (yaxşı);
Xüsusi bacarıqlar:
Komandanı idarə etmək bacarığı;
Effektiv ünsiyyət qurmaq bacarığı;
Düzgün planlama və prioritetləri müəyyən etmə bacarığı;
Problemləri həll etmə bacarığı;
Analitik və tənqidi düşünmə bacarığı;
Detallara diqqət yetirə bilmək bacarığı;
İş şəraiti:
İş yeri: Sumqayıt şəhəri;
İş qrafiki: növbəli;
Sumqayıt və 20 Yanvar dairəsindən servis;
Könüllü Tibbi sığorta;
Peşəkar inkişaf üçün təlimlər və seminarlar;
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən;
Mövzü yerinə “Texniki qulluq və təmir üzrə növbə rəisi” yazıb qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Necə Müraciət Etmək Olar
AzerFloat
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4888
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə