Ana Səhifə
Vakansiyalar

Texniki ofis rəhbəri

Texniki ofis rəhbəri

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 26 may 2026

Son Tarix: 15 iyun 2026

Təsvir

  • İnşaat sahəsi üzrə ali təhsil;

  • Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması;

  • Texniki şöbə rəhbəri vəzifəsində minimum 3 il iş təcrübəsi;

  • Ofis proqramları, Outlook, Autocad, Primavera proqramlarında işləmək bacarığı;

  • Texniki problemlərin təyin edilərək təhlil olunması və həll yollarının tapılması  bacarıqları;

  • Hesabat hazırlama və təhlil  etmə bacarığı.

Əsas vəzifə və öhdəliklər:

  • Tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə texniki nəzarət edir;

  • Tikinti-quraşdırma işlərinin həcminin, habelə təsdiq edilmiş layihə-smeta sənədlərinin strukturlarının, işçi heyətinin, tikinti norma və qaydalarının, standartların, texniki şərtlərin, əməyin mühafizəsi standartlarının uyğunluğunu yoxlayır;

  • Sifariş verilən layihələr üçün tikinti smetasının hazırlanmasında və icrasında iştirak edir.

  • Sahələrdən daxil olan texniki hesabatları yoxlayır;

  • Sifarişçilərdən və subpodratçılardan alınan smeta sənədlərini yoxlayır,tərkibi və keyfiyyəti barədə rəy hazırlayır;

  • Ayrı-ayrı komponentlər daxil olmaqla, tikinti xərclərini hesablayır, sifarişçi və subpodratçı smetalarını, materialların xərc smetaları və əlavə xərclərini, görülən işlərin hesabatını, texniki şərtləri, yerinə yetirilmiş iş aktlarını faizlə əlaqələndirir;

  • Uyğunsuzluğun aradan qaldırılması üçün xüsusi fəaliyyət proqramlarının həyata keçirilməsi və islahedici tədbirlərin görülməsində iştirak edir;

  • Bağlanılan müqavilələr üzrə qarşı tərəfin öhdəliklərinin icrasına nəzarət edir;

  • Tamamlanmış tikinti-quraşdırma işlərinin uçotunu aparır və tikinti planlarının icrası barədə hesabat vermək üçün lazımi məlumatları hazırlayır;

  • Davam edən layihələr ilə bağlı mütəmadi təqib halında olaraq layihələrin tikintisi üçün smeta sənədlərini yoxlayır, dəyəri hesablayır, görülən işləri qeyd edir;

  • Mövcud və tələb olunan standartlara əsasən keyfiyyətə təminat vermə prosesində iştirak edir;

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərinin hazırlanmasını təmin edir

  • Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;

  • Sahələrdən gələn texniki hesabatları yoxlayır.

  • Şöbənin ümumilikdə işini təşkil və idarə etmək;

  • Şöbə üzrə aylıq gördüyü işlərə görə şirkər  rəhbərinə hesabat vermək

  • Müvafiq profilaktik tədbirlər üçün ümumi dizayn və müqavilələrə nəzarət etmək;

  • Layihə sənədləşmə sistemini təşkil etmək (Çizimlər, siyahıları, NFI, RFI, MA, MS);

  • Tələblərə görə laboratoriya nəticələri və sertifikatları təşkil etmək;

  • Subpodtratçılar  üçün texniki spesifikasiyaları hazırlamaq;

  • Layihə planlarını idarə etmək və layihənin inkişafının  plana uyğun həyata keçirildiyinə nəzarət  etmək;

  • Tikinti işçiləri ilə tikinti qaydalarının hazırlanmasına rəhbərlik  və nəzarət etmək;

  • Işlərin miqdarı və hazırlanması hesabatlarını tərtib etmək və hesablamaq;

  • Mühəndislik qrupu və tikinti qrupları arasında uyğunluğu  təmin etmək üçün  iki qrup arasında əlaqə yaratmaq;

  • Texniki material təqdim etmələrini hazırlamaq;

  • Matrial sifarişləri və təchizatı nəzarətdə saxlamaq

  • Təhvil-təslim prosedurlarını təşkil etmək və hazırlamaq;

İş rejimi

  • 5 günlük, saat 09:00-dan 18:00-dək

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini qeyd olunanelektron ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Cronos Construction

Cronos Construction

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#17820

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Elektrik Mühəndisi (İnşaat Layihələri və Yüksək Gərginlik İşi üzrə)

Tam Ştat

Biz, müxtəlif inşaat sahələrində və enerji sistemləri üzrə xidmətlər göstərən, peşəkar və dinamik bir inşaat şirkətiyik. Şirkətimiz, müasir texnologiyalardan istifadə edərək, hər növ inşaat obyektində yüksək keyfiyyətli həllər təqdim edir. İndi isə, inşaat layihələrində elektrik işlərinin düzgün icrasını təmin edəcək və yüksək gərginlik işlərində şirkət tərəfindən nəzarətçi olaraq fəaliyyət göstərəcək təcrübəli Elektrik Mühəndisi axtarırıq. Vəzifələr: İnşaat layihələrində elektrik işlərinin düzgün icrasını təmin etmək və layihə rəhbərliyinə dəstək olmaq. Elektrik sistemlərinin quraşdırılması, işə salınması və texniki xidmətinin həyata keçirilməsi. Yüksək gərginlik işlərində şirkət tərəfindən təyin olunan nəzarətçi kimi fəaliyyət göstərmək, yüksək gərginlik sistemlərinin düzgün və təhlükəsiz quraşdırılmasına nəzarət etmək. Elektrik avadanlıqlarının texniki xidmətini təmin etmək, nasazlıqları müəyyənləşdirmək və həll yolları təklif etmək. Layihələrdə enerji təhlükəsizliyi və keyfiyyət standartlarına riayət edilməsini təmin etmək. İnşaat sahələrində elektrik işləri ilə bağlı təhlil və hesabatların hazırlanması, həmçinin müvafiq sənədləşmənin aparılması. Elektrik avadanlıqlarının iş prinsipini anlamaq və tətbiq edərək enerji səmərəliliyini artırmaq üçün həllər təqdim etmək. Yüksək gərginliklə işləyən sistemlərin təhlükəsizlik qaydalarına uyğun işlənməsinə nəzarət etmək. İnşaat layihələrində elektrik işlərinin keyfiyyətinə və vaxtında icrasına nəzarət etmək. Elektrik sistemlərinin layihə şərtlərinə uyğun icrasına nəzarət etmək və layihə rəhbərliyi ilə sıx əməkdaşlıq etmək.

Təchizat şöbəsinin müdiri

Tam Ştat

Vəzifə öhdəlikləri Satınalmalar üzrə rəhbərlik altında satınalma strategiyasının inkişafı, idarə edilməsi və həyata keçirilməsi; Şirkət daxili Satınalma Prosedurlarına və Əmrlərinə riayət olunmasına nəzarət; Etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının inkişaf etdirilməsinin təşkili və nəzarəti; Daxili və xarici bazarların araşdırılmasının təşkili və mexanizmin işləməsinə nəzarət; Sifariş edilmiş mal-material və ya xidmətlərin tələblərə uyğun şəkildə təşkilinin idarə edilməsi və sona çatdırılması Podratçı və tədarükçülərin müvafiq performansının analiz edilməsi; Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq təşkil və icra etmək; Təchizat sifarişlərinin təşkili və idarə edilməsi (açılmış sifariş formalarının analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və satınalma üzrə mütəxəssisə yönləndirilməsi); Tikinti-istismar üzrə satınalma və təchizat prosesinə və komandaya nəzarət; Satınalmalar üzrə Menecerin tapşırıqlarının icrasına nəzarət və bütün ödənişlərin, təchizatla bağlı qərarların hesabatı və təsdiqinin alınması; Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili; Tenderlərin hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması; Satınalma pressesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirmək; Hesabatların hazırlanması və analizi, təchizatçıların analizi və digər prosseslərin effektiv idarə olunması; Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunub huquq shobesi ile razilashdirilmasi ​​​​​​​Xüsusi tələblər Ali təhsilli; CİPS sertifikasiyası (arzuolunandır) Azərbaycan, rus dillərini bilməli; ingilis dili arzuolunandir Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi; MS Office (Word, Excell, Power Point, 1C) proqramlarında işləməyi bilməli; Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı; Problemləri həll etmə bacarığı olmalı; Təhlil etmə bacarığı olmalı; Ünsiyyət qurma bacarığı olmalı. Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.