Təchizat şöbəsinin müdiri

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 28 aprel 2026

Son Tarix: 27 may 2026

Təsvir

Vəzifə öhdəlikləri

  • Satınalmalar üzrə rəhbərlik altında satınalma strategiyasının inkişafı, idarə edilməsi və həyata keçirilməsi;

  • Şirkət daxili Satınalma Prosedurlarına və Əmrlərinə riayət olunmasına nəzarət;

  • Etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının inkişaf etdirilməsinin təşkili və nəzarəti;

  • Daxili və xarici bazarların araşdırılmasının təşkili və mexanizmin işləməsinə nəzarət;

  • Sifariş edilmiş mal-material və ya xidmətlərin tələblərə uyğun şəkildə təşkilinin idarə edilməsi və sona çatdırılması

  • Podratçı və tədarükçülərin müvafiq performansının analiz edilməsi;

  • Satınalma prossesini vaxtında, prosedur və prosseslərə uyğun olaraq təşkil və icra etmək;

  • Təchizat sifarişlərinin təşkili və idarə edilməsi (açılmış sifariş formalarının analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və satınalma üzrə mütəxəssisə yönləndirilməsi);

  • Tikinti-istismar üzrə satınalma və təchizat prosesinə və komandaya nəzarət;

  • Satınalmalar üzrə Menecerin tapşırıqlarının icrasına nəzarət və bütün ödənişlərin, təchizatla bağlı qərarların hesabatı və təsdiqinin alınması;

  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;

  • Tenderlərin hazırlanması və qiymətləndirilməsi, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prossesinin yekunlaşdırılması;

  • Satınalma pressesinin ən əlverişli və peşəkar şərtlərlə həyata keçirmək;

  • Hesabatların hazırlanması və analizi, təchizatçıların analizi və digər prosseslərin effektiv idarə olunması;

  • Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunub huquq shobesi ile razilashdirilmasi

​​​​​​​Xüsusi tələblər

  • Ali təhsilli;

  • CİPS sertifikasiyası (arzuolunandır)

  • Azərbaycan, rus dillərini bilməli; ingilis dili arzuolunandir

  • Müvafiq sahə üzrə ən az 3 il iş təcrübəsi;

  • MS Office (Word, Excell, Power Point, 1C) proqramlarında işləməyi bilməli;

  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;

  • Problemləri həll etmə bacarığı olmalı;

  • Təhlil etmə bacarığı olmalı;

  • Ünsiyyət qurma bacarığı olmalı.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Necə Müraciət Etmək Olar

Cronos Construction

Cronos Construction

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14908

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer

Bu Şirkətdən Daha Çox Vakansiya