Texniki normativ tənzimləmə şöbəsi–Köməkçi mütəxəssis
Tam Ştat
Menecer
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 7 iyun 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Şöbənin kargüzarlıq işini aparır, şöbəyə daxil olan sənədləri qəbul edir, Agentlikdə qəbul olunmuş qaydaya uyğun olaraq onları sistemləşdirir və şöbə müdirinə təqdim edir;
Şöbəyə daxil olan sənədləri şöbə müdirinin tapşırığına əsasən iş prosesində istifadə edir və ya cavablandırılması üçün onu icraçılara təqdim edir və sənədin yerinə yetirilməsinin icra müddətinə nəzarət edir;
Şöbənin fəaliyyəti ilə əlaqədar mətnləri elektron formada yığır, müvafiq çap işlərini və telefon zənglərini həyata keçirir, danışıqları aparır;
Şöbənin fəaliyyətinə dair təlim, konfrans, müşavirə və seminarların keçirilməsi ilə əlaqədar hazırlıq işlərini görür;
Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin edir;
Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlayır;
Şöbənin fəaliyyəti ilə əlaqədar digər texniki işləri icra edir.
Tələblər
Texniki ali təhsil;
Müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır;
Yaş həddi 21-35 aralığı;
Microsoft Office proqramı üzrə yüksək səviyyədə işləmə bacarığı;
Azərbaycan dili səlis, ingilis və ya rus dili yüksək səviyyədə bilməli;
Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
Digər:
Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Texniki normativ tənzimləmə şöbəsi – Köməkçi mütəxəssis) qeyd edin.
Necə Müraciət Etmək Olar
Azerbaijan Energy Regulatory Agency
Vakansiya Təfərrüatları
Vakansiya ID
#17646
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Menecer