Texniki Direktor (Service & Repair Operations)
Tam Ştat
Direktor
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 23 iyun 2026
Təsvir
IT məhsullarının satışı ilə məşğul olan şirkətimiz servis və təmir proseslərinin idarə olunmasını həyata keçirəcək peşəkar və məsuliyyətli Texniki Direktor axtarır.
Vəzifə öhdəlikləri:
Servis və təmir şöbəsinin fəaliyyətinin təşkili və idarə olunması;
Texniki heyətin işinə nəzarət və koordinasiya;
IT avadanlıqlarının diaqnostika, təmir və texniki xidmət proseslərinin optimallaşdırılması;
Müştəri müraciətlərinin operativ və keyfiyyətli həllinin təmin edilməsi;
Ehtiyat hissələri və servis avadanlıqlarının idarə olunması;
Texniki hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Xarici partnyorlar və istehsalçılarla texniki yazışmaların aparılması;
Servis standartlarının və keyfiyyət göstəricilərinin tətbiqi və inkişaf etdirilməsi.
Tələblər
IT avadanlıqları və texniki servis sahəsində minimum 3-5 il iş təcrübəsi;
Rəhbər vəzifədə iş təcrübəsi üstünlükdür;
Komanda idarəetmə və təşkilatçılıq bacarıqları;
Problemləri operativ həll etmə və analitik düşüncə qabiliyyəti;
İngilis dili – yüksək səviyyədə;
Rus dili – yüksək səviyyədə;
Azərbaycan dili – sərbəst;
MS Office və servis idarəetmə sistemləri ilə işləmə bacarığı.
Təklif edirik:
Rəqabətli əməkhaqqı;
Peşəkar inkişaf və karyera imkanları;
Stabil və inkişaf edən şirkətdə çalışma imkanı;
Korporativ iş mühiti.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Texniki Direktor” qeyd etməklə qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Necə Müraciət Etmək Olar
AEM Elektron
Retail
AEM Elektron Azərbaycanda fəaliyyət göstərən və əsasən elektronika və məişət texnikası satışı sahəsində ixtisaslaşmış şirkətdir. Şirkət müştərilərə smartfonlar, kompüter və aksesuarlar, televizorlar, məişət texnikası və digər texnoloji məhsullar üzrə geniş seçim təqdim edir. AEM Elektron həm fiziki satış nöqtələri, həm də onlayn platforma vasitəsilə xidmət göstərərək rahat alış imkanları yaradır. Şirkət fəaliyyətində orijinal məhsul, zəmanət xidməti, sərfəli qiymət siyasəti və müştəri məmnuniyyəti prinsiplərini əsas tutur. AEM Elektron satış sonrası dəstək, kredit və hissə-hissə ödəniş imkanları ilə bazarda rəqabətqabiliyyətli mövqeyini gücləndirməyə və texnologiyanı daha əlçatan etməyə fokuslanır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17522
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Direktor
Şirkət Ölçüsü
11-50