Ana Səhifə
Vakansiyalar

Texniki dəstək üzrə mütəxəssis ( IT Helpdesk)

Texniki dəstək üzrə mütəxəssis ( IT Helpdesk)

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 dekabr 2025

Son Tarix: 28 yanvar 2026

Təsvir

PAŞA Property Management “Texniki dəstək üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.

  • Kompüterlərin və təşkilatı texnikanın daim işlək vəziyyətdə saxlanmasını təmin edir;

  • Lokal kompüter şəbəkəsinin fasiləsiz işləməsi və saz vəziyyətdə saxlanmasını təmin edir, şəbəkə və informasiya təhlükəsizliyinin inkişafı üçün ardıcıl tədbirlər görür;

  • Videomüşahidə (CCTV) quraşdırılmasına, sazlanmasına və onlara texniki xidmət işlərinə nəzarət edir;

  • Şirkət üzrə informasiya sistemlərinin qurulmasını, onların etibarlı və davamlı fəaliyyətini, təhlükəsizliyini və işlək vəziyyətdə saxlanmasını, dövri yenilənməsini təmin edir;

  • Şirkətin kompüter və server avadanlıqlarında istifadə olunan ümumi təyinatlı proqram təminatının işlək vəziyyətdə saxlanmasını və onun dövri yenilənməsini təmin edir;

  • İnformasiya sistemlərinin istismarı ilə əlaqədar mütəmadi olaraq monitorinqlər və təhlillər aparır, həmin məsələlərin həlli üzrə təkliflər hazırlayır, aşkar edilən problem və nasazlıqları aradan qaldırır;

  • Şirkətin informasiya sistemlərindən fasiləsiz istifadənin təmin edilməsi məqsədi ilə dəstək xidmətini təşkil edir və s.

Tələblər

  • Ali təhsil;

  • Sahə üzrə minimum 2 il iş təcrübəsi;

  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);

  • Özünü inkişafa meyillilik, ünsiyyət, komandada işləmə, problem həlletmə bacarıqları.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

PASHA Property Management

PASHA Property Management

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3374

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis

Tam Ştat

PAŞA Property Management “Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Bütün əmək haqqı hesablanması əməliyyatlarının təyin olunmuş işçilər qrupu üzrə dəqiq və vaxtında işlənməsini təmin etmək üçün iş axınının idarə olunması; Təsdiqlənmiş iş vaxtı cədvəllərinin nəzərdən keçirilməsi və dəqiqliyinin təmin edilməsi; İşçilərin əmək haqqı hesablanmasının qanun və qaydalara uyğun olmasını təmin etmək; Qanunvericiliyin tələbinə əsasən əmək haqqı tutulmaları, maaş avanslarının və digər kəsintilərin tətbiqin və ona nəzarəti təmin etmək; İşçilərə dair məlumatların ( iş qrafiki, iş vaxtından artıq iş saatları, məzuniyyət balansı, ştat cədvəli və sairəyə dair təfsilatlı hesabatların hazırlanması/paylaşılması daxil olmaqla) biznes tərəfdaş komandası, maliyyə komandası və iş cədvəllərinə nəzarətçilər arasında axınına və koordinasiyasına nəzarət etmək və məsul olmaq; İşçilərin sorğuları əsasında illik əmək haqqı arayışlarının hazırlanması; Müvafiq şöbələrə İR-ə dair hesabatlar üçün, əmək haqqı, şirkət büdcəsi və xərcləri barədə məlumatların hazırlanması; Əmək haqqı və iş vaxtı cədvəlinin auditi fəaliyyətinin aparılmasına köməklik etmək; İşçilərin əmək haqqı sorğularının vaxtında cavablandırılması; İşçilərə bank hesabı və əmək haqqı kartlarının verilməsini təmin etmək; Sosial müavinətlər ilə bağlı DSMF-yə müraciət etmək; Həyat Sığortası və Həyatın Yığım Sığorta Planı təminatçıları və işçiləri arasında əlaqələndirici şəxs kimi fəaliyyət göstərmək.

İnzibati İşlər üzrə Assistent

Tam Ştat

PAŞA Property Management “İnzibati İşlər üzrə Assistent” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Bütün təqdim olunan sənədlərin sistemdə qeydiyyatının aparılması və ardıcılıq üzrə nəzarət etmək; Göndərilməli sənədlərin yenilənmiş qeydiyyatının aparmaq, qrafiki və statusuna nəzarət Layihəni dəstəkləmək üçün sənəd nəzarəti və sənədləşdirmə təcrübələri üzrə müxtəlif bilik və təcrübəni tətbiq edən peşəkar sənəd nəzarəti vəzifələrini icra etmək; Şirkət və layihələr üçün bütün sənədlərə nəzarət fəaliyyəti ilə məşğul olmaq; Məktubların, prezentasiyaların və digər müvafiq sənədləşdirmə işlərini yerinə yetirmək; İclasların təşkil etmək, protokolların hazırlamaq; Müştərilər, təchizatçılar və yerli hüquqi şəxslərlə əlaqə saxlayaraq müxtəlif məsələləri yerinə yetirmək; Biznesin idarə edilməsi məsələləri ilə əlaqədar xüsusi kömək göstərmək; İşçilərin davamiyyər cədvəllərini aparmaq; Verilmiş digər müvafiq tapşırıqları yerinə yetirmək;