Ana Səhifə
Vakansiyalar

Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis

Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 8 dekabr 2025

Son Tarix: 10 yanvar 2026

Təsvir

PAŞA Property Management “Əmək haqqı hesablanması üzrə aparıcı mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.

  • Bütün əmək haqqı hesablanması əməliyyatlarının təyin olunmuş işçilər qrupu üzrə dəqiq və vaxtında işlənməsini təmin etmək üçün iş axınının idarə olunması;

  • Təsdiqlənmiş iş vaxtı cədvəllərinin nəzərdən keçirilməsi və dəqiqliyinin təmin edilməsi;

  • İşçilərin əmək haqqı hesablanmasının qanun və qaydalara uyğun olmasını təmin etmək;

  • Qanunvericiliyin tələbinə əsasən əmək haqqı tutulmaları, maaş avanslarının və digər kəsintilərin tətbiqin və ona nəzarəti təmin etmək;

  • İşçilərə dair məlumatların ( iş qrafiki, iş vaxtından artıq iş saatları, məzuniyyət balansı, ştat cədvəli və sairəyə dair təfsilatlı hesabatların hazırlanması/paylaşılması daxil olmaqla) biznes tərəfdaş komandası, maliyyə komandası və iş cədvəllərinə nəzarətçilər arasında axınına və koordinasiyasına nəzarət etmək və məsul olmaq;

  • İşçilərin sorğuları əsasında illik əmək haqqı arayışlarının hazırlanması;

  • Müvafiq şöbələrə İR-ə dair hesabatlar üçün, əmək haqqı, şirkət büdcəsi və xərcləri barədə məlumatların hazırlanması;

  • Əmək haqqı və iş vaxtı cədvəlinin auditi fəaliyyətinin aparılmasına köməklik etmək;

  • İşçilərin əmək haqqı sorğularının vaxtında cavablandırılması;

  • İşçilərə bank hesabı və əmək haqqı kartlarının verilməsini təmin etmək;

  • Sosial müavinətlər ilə bağlı DSMF-yə müraciət etmək;

  • Həyat Sığortası və Həyatın Yığım Sığorta Planı təminatçıları və işçiləri arasında əlaqələndirici şəxs kimi fəaliyyət göstərmək.

Tələblər

  • Ali təhsil (uyğun sahələr üzrə);

  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;

  • Əmək qanunvericiliyi və əmək haqqı hesablanması üzrə mövcud qaydalar haqqında biliklər;

  • HRIS proqram təminatları ilə işləmək bacarığı (SAP üzrə biliklər üstünlükdür);

  • MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı;

  • Power BI proqramı üzrə biliklər – üstünlükdür;

  • Azərbaycan dilində səlis, İngilis dili biliyi – üstünlükdür;

  • Rəqəmlərlə işləmə, analitik düşünmə və detallara diqqətlilik.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

PASHA Property Management

PASHA Property Management

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#1785

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

İnzibati İşlər üzrə Assistent

Tam Ştat

PAŞA Property Management “İnzibati İşlər üzrə Assistent” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Bütün təqdim olunan sənədlərin sistemdə qeydiyyatının aparılması və ardıcılıq üzrə nəzarət etmək; Göndərilməli sənədlərin yenilənmiş qeydiyyatının aparmaq, qrafiki və statusuna nəzarət Layihəni dəstəkləmək üçün sənəd nəzarəti və sənədləşdirmə təcrübələri üzrə müxtəlif bilik və təcrübəni tətbiq edən peşəkar sənəd nəzarəti vəzifələrini icra etmək; Şirkət və layihələr üçün bütün sənədlərə nəzarət fəaliyyəti ilə məşğul olmaq; Məktubların, prezentasiyaların və digər müvafiq sənədləşdirmə işlərini yerinə yetirmək; İclasların təşkil etmək, protokolların hazırlamaq; Müştərilər, təchizatçılar və yerli hüquqi şəxslərlə əlaqə saxlayaraq müxtəlif məsələləri yerinə yetirmək; Biznesin idarə edilməsi məsələləri ilə əlaqədar xüsusi kömək göstərmək; İşçilərin davamiyyər cədvəllərini aparmaq; Verilmiş digər müvafiq tapşırıqları yerinə yetirmək;

Təchizat üzrə mütəxəssis

Tam Ştat

PAŞA Property Management “Təchizat üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir. Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq. Tenderlərin verilməsi, iddiaçıların siyahısının tərtibi, kommersiya qiymətləndirilməsi, müqavilənin tərtib və bağlanması daxil olmaqla müqavilə dövriyyəsini tam yerinə yetirmək; Yerli və beynəlxalq satınalma sifarişlərini yerləşdirmək; Təchizatçıların hesab-fakturalarının məqbulluğunu təsdiqləmək; Satın alınan məhsulların keyfiyyətinin və çatdırılmaların vaxtında aparılmasının yaxşılaşdırılması və yüksəldilməsi yollarını axtararkən xərcləmə əməliyyatlarını qiymətləndirmək; Müştərilərin təcili müraciətlərinə dərhal baxmaq; Əlavə təchizatçılar üçün davamlı axtarışlar apararkən təchizatçılarla əlaqələri saxlamaq; Lahiyələrin səmərəliliyinə təsir edən məhsul və xidmətlərin effektiv axını ilə bağlı mütəmadi olaraq lahiyə rəhbərləri ilə əlaqə saxlamaq; Yüksək keyfiyyətli və etibarlı çatdırılma ilə uyğun gələn iqtisadi şərtlərin əksəriyyətini təmin etmək üçün iddiaçılarla əsas təchizat müqavilələri üzrə danışıqlar aparmaq; Mühəndislərdən spesifikasiyalar və çertyojlar üçün təklifləri sorğu etmək; Tender təkliflərini kommersiya təhlil və təsdiq etmək; Qiymət, çatdırılma və uyğunluq əsasında satınalma qərarlarını qəbul etmək; Tender cədvəllərini hazırlamaq və texniki təsdiqləri almaq.