Tender və Satınalma üzrə mütəxəssis
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 8 yanvar 2026
Son Tarix: 8 fevral 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
Satınalma pressesinin əlverişli şərtlərlə həyata keçirilməsi;
Bazarın təhlili, tələb olunan malların yerli bazarda araşdırılması;
Təchizat sifarişlərinin təşkili, idarə edilməsi və hesabatların hazırlanması;
Satınalma prosesi zamanı ilkin qiymətləndirmə, danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması;
Müxtəlif mal və xidmətlərə ehtiyacların müəyyən edilməsi, tədarükçülərlə əlaqələrin qurulması və əlaqələrin davamlılığının təmin edilməsi;
Tədarükçülərdən gələn təkliflərin qiymətləndirilməsi və ən yaxşı təklifin seçilməsi;
Alınan malların və xidmətlərin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsinin təmin edilməsi, satınalma prosesinin izlənməsi və idarə edilməsi;
Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirilməsi.
Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;
Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
Tender prosesində şirkətin təmsil olunması;
Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq;
Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq;
Namizədə tələblər:
Ali təhsil;
Yaş: 25-40;
Satınalma sahəsində minimum 2 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan (Rus dili üstünlükdür);
MS Office proqramlarında işləməyi bilməli;
Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;
Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları.
İş qrafiki:
İş vaxtı: 09:00 – 18:00
İstirahət: Şənbə və Bazar günü
Korporativ nömrə
Nahar şirkət tərəfindən verilir
Əmək haqqı: 800 AZN
İş yeri: Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 4-cü Mədən küçəsi
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Tender və Satınalma üzrə mütəxəssis " yazaraq **hr@muradli.com.a**z mail ünvanına göndərmələri xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Muradlı-M MMC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4286
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə