Şirkətlərə Qayıt

Muradlı-M MMC

2

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

2 iş elanı

Tender və Satınalma üzrə mütəxəssis

Muradlı-M MMC

Tam Ştat
Orta Səviyyə

Vəzifə öhdəlikləri: Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması); Satınalma pressesinin əlverişli şərtlərlə həyata keçirilməsi; Bazarın təhlili, tələb olunan malların yerli bazarda araşdırılması; Təchizat sifarişlərinin təşkili, idarə edilməsi və hesabatların hazırlanması; Satınalma prosesi zamanı ilkin qiymətləndirmə, danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması; Müxtəlif mal və xidmətlərə ehtiyacların müəyyən edilməsi, tədarükçülərlə əlaqələrin qurulması və əlaqələrin davamlılığının təmin edilməsi; Tədarükçülərdən gələn təkliflərin qiymətləndirilməsi və ən yaxşı təklifin seçilməsi; Alınan malların və xidmətlərin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsinin təmin edilməsi, satınalma prosesinin izlənməsi və idarə edilməsi; Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirilməsi. Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi; Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət; Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması; Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması; Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi; Tender prosesində şirkətin təmsil olunması; Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq; Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq; Namizədə tələblər: Ali təhsil; Yaş: 25-40; Satınalma sahəsində minimum 2 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan (Rus dili üstünlükdür); MS Office proqramlarında işləməyi bilməli; Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları; Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları. İş qrafiki: İş vaxtı: 09:00 – 18:00 İstirahət: Şənbə və Bazar günü Korporativ nömrə Nahar şirkət tərəfindən verilir Əmək haqqı: 800 AZN İş yeri: Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesi 4-cü Mədən küçəsi Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Tender və Satınalma üzrə mütəxəssis " yazaraq **hr@muradli.com.a**z mail ünvanına göndərmələri xahiş olunur.

Razılaşma yolu ilə

Bakı

Son Tarix: 8 fevral 2026

Korporativ satış meneceri

Muradlı-M MMC

Tam Ştat
Orta Səviyyə

Vəzifə öhdəlikləri: Potensial korporativ müştərilərlə əlaqə yaratmaq, şirkətin məhsul və xidmətləri barədə ətraflı məlumat təqdim etmək. Korporativ satış planını yerinə yetirmək üçün müştəri bazasını genişləndirmək və yeni partnyorlar cəlb etmək, mütəmadi olaraq əlaqə saxlamaq. Müştərinin ehtiyaclarını təhlil edərək fərdi təkliflər hazırlamaq və təqdim etmək. Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq və satış sonrası əlaqəni qorumaq. Şirkət daxili təklif və qiymət formalarının hazırlanmasına və koordinasiyasına nəzarət etmək. Satış müqavilələrinin hazırlanması, imzalanması və icrasına nəzarət etmək. Aylıq, rüblük və illik satış hədəflərinə çatmaq üçün rəhbərliyə hesabatlar təqdim etmək. Korporativ bazardakı tendensiyaları izləmək və rəqiblər barədə analizlər aparmaq. Mövcud korporativ müştərilərin tələblərini cavablandırmaq və onların məmnuniyyətini təmin etmək. Korporativ satış fəaliyyəti üzrə hər ay, rüb və ilin sonunda SWOT təhlili aparmaq, nəticələri və inkişaf təkliflərini rəhbərliyə təqdim etmək. Birbaşa rəhbərin tapşırıqları əsasında aidiyyatı funksiyaları icra etmək. İş şəraiti: Azərbaycan Respublikası Əmək məcəlləsinə əsasən sənədləşmə 5 günlük iş qrafiki İstirahət günü: şənbə və bazar günü Korporativ nömrə ilə təmin edilmə. İş yeri: Bakı şəhəri, Binəqədi qəsəbəsi Əmək haqqı – 700 AZN fix + satışdan bonus Yanacaq və maşın xərci şirkət tərəfinfən qarşılanılır

700 - 1.500 AZN

Bakı

Son Tarix: 25 yanvar 2026