Ana Səhifə
Vakansiyalar

Tender və satınalma üzrə mütəxəssis

Tender və satınalma üzrə mütəxəssis

Bakı,, Binəqədi, rayonu, Binəqədi, şossesi, 4-cü, Mədən, küçəsi

Tam Ştat

Orta Səviyyə

800 AZN-dən

Yerləşdirilib 8 yanvar 2026

Son Tarix: 17 fevral 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);

  • Satınalma pressesinin əlverişli şərtlərlə həyata keçirilməsi;

  • Bazarın təhlili, tələb olunan malların yerli bazarda araşdırılması;

  • Təchizat sifarişlərinin təşkili, idarə edilməsi və hesabatların hazırlanması;

  • Satınalma prosesi zamanı ilkin qiymətləndirmə, danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması;

  • Müxtəlif mal və xidmətlərə ehtiyacların müəyyən edilməsi, tədarükçülərlə əlaqələrin qurulması və əlaqələrin davamlılığının təmin edilməsi;

  • Tədarükçülərdən gələn təkliflərin qiymətləndirilməsi və ən yaxşı təklifin seçilməsi;

  • Alınan malların və xidmətlərin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsinin təmin edilməsi, satınalma prosesinin izlənməsi və idarə edilməsi;

  • Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirilməsi.

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;

  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;

  • Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması;

  • Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;

  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;

  • Tender prosesində şirkətin təmsil olunması;

  • Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq;

  • Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq;

Namizədə tələblər:

  • Ali təhsil;

  • Yaş: 25-40;

  • Satınalma sahəsində minimum 2 il iş təcrübəsi;

  • Dil bilikləri: Azərbaycan (Rus dili üstünlükdür);

  • MS Office proqramlarında işləməyi bilməli;

  • 1C proqram biliyi;

  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları;

  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları.

İş qrafiki:

  • İş vaxtı: 09:00 – 18:00

  • İstirahət: Şənbə və Bazar günü

  • Korporativ nömrə

  • Nahar şirkət tərəfindən verilir

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Tender və Satınalma üzrə mütəxəssis " yazaraq hr@muradli.com.az mail ünvanına göndərmələri xahiş olunur.

Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Muradlı-M MMC (Panda Boya)

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#4285

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə