Şirkətlərə Qayıt

Muradlı-M MMC (Panda Boya)

1

Açıq Vakansiyalar

Bütün Vakansiyalar

1 iş elanı

Tender və satınalma üzrə mütəxəssis

Muradlı-M MMC (Panda Boya)

Tam Ştat
Orta Səviyyə

Vəzifə öhdəlikləri: Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması); Satınalma pressesinin əlverişli şərtlərlə həyata keçirilməsi; Bazarın təhlili, tələb olunan malların yerli bazarda araşdırılması; Təchizat sifarişlərinin təşkili, idarə edilməsi və hesabatların hazırlanması; Satınalma prosesi zamanı ilkin qiymətləndirmə, danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması; Müxtəlif mal və xidmətlərə ehtiyacların müəyyən edilməsi, tədarükçülərlə əlaqələrin qurulması və əlaqələrin davamlılığının təmin edilməsi; Tədarükçülərdən gələn təkliflərin qiymətləndirilməsi və ən yaxşı təklifin seçilməsi; Alınan malların və xidmətlərin vaxtında və keyfiyyətli şəkildə təhvil verilməsinin təmin edilməsi, satınalma prosesinin izlənməsi və idarə edilməsi; Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirilməsi. Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi; Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət; Tender tələblərinin təhlil edilməsi və rəhbərliyə çatdırılması; Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması; Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi; Tender prosesində şirkətin təmsil olunması; Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqlar aparmaq; Müqavilə imzalanması üçün zəruri texniki sənədləri və sertifikatları hazırlamaq; Namizədə tələblər: Ali təhsil; Yaş: 25-40; Satınalma sahəsində minimum 2 il iş təcrübəsi; Dil bilikləri: Azərbaycan (Rus dili üstünlükdür); MS Office proqramlarında işləməyi bilməli; 1C proqram biliyi; Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları; Yüksək kommunikasiya və biznes ünsiyyət bacarıqları. İş qrafiki: İş vaxtı: 09:00 – 18:00 İstirahət: Şənbə və Bazar günü Korporativ nömrə Nahar şirkət tərəfindən verilir Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Tender və Satınalma üzrə mütəxəssis " yazaraq hr@muradli.com.az mail ünvanına göndərmələri xahiş olunur. Daha çox Satış vakansiyaları üçün www.isbu.az saytına keçid edin.

800 AZN-dən

Bakı,, Binəqədi, rayonu, Binəqədi, şossesi, 4-cü, Mədən, küçəsi

Son Tarix: 17 fevral 2026