Tender üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 fevral 2026
Son Tarix: 26 mart 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Dövlət və Kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlerin müəyyən edilməsi;
Tələb olunan sənədlər toplusunun əldə olunması, dövlət orqanlarında təsdiqlənməsi və operativ şəkildə hazırlanması;
Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
Satınalmalar üzrə müsabiqələrin (açıq-qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və s.) təşkili, satınalmaların həyata keçirilməsi ilə bağlı sənədləşmələrin aparılması;
Tender fəaliyyətləri ilə bağlı risklərin müəyyən edilməsi və minimallaşdırılması üçün təkliflərin irəli sürülməsi;
İcra prosesində olan tenderlərin daxili nəzarət sisemində qeydiyyatı və iş prosesinin idarə olunması.
Namizədə dair tələblər:
Ali -Bakalavr təhsili;
Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
Satınalma proseslərini və ümumi prinsipləri anlamaq;
Azərbaycan dili yüksək səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı;
MS Office (Word, Excel) yüksək səviyyədə bilmək.
İş şəraiti:
5 günlük iş həftəsi (09:00 – 18:00);
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir;
Ünvan: Məmməd Araz 118a
Maraqlanan namizədlər öz CV-lərini Müraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Aqroman
Vakansiya Təfərrüatları
Vakansiya ID
#9891
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə