Tender üzrə mütəxəssis
Tam Ştat
Orta Səviyyə
1.200 AZN-dən
Yerləşdirilib 18 aprel 2026
Son Tarix: 30 aprel 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Dövlət və özəl qurumlar tərəfindən elan olunan tenderlərin müntəzəm monitorinqinin aparılması
Müvafiq tenderlərin seçilməsi və şərtlərinin təhlili.
Tender sənədlərinin tender şərtlərinə tam uyğun hazırlanması (kommersiya təklifi, texniki təklif, bank zəmanəti,və s.)
Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
Tender prosesi zamanı yazışmaların aparılması və suallara cavabların hazırlanması.
Tenderin nəticələrinin izlənməsi və nəticəyə əsasən hesabatların hazırlanması.
Daxil olan elektron məktubların (e-maillərin) çeşidlənməsi və cavablandırılması
CRM sistemində işləmək və məlumatların düzgün şəkildə daxil edilməsi
Tender prosesi üzrə hesabatların hazırlanması.
İş prosesində son tarixlərə (deadline) ciddi riayət edilməsi və nəzarətdə saxlamaq
Tələblər
Dövlət satınalmaları qanunvericiliyi üzrə ümumi biliklər;
Müvafiq sahədə 3 il iş təcrübəsi
Satınalma proseslərini və ümumi prinsipləri anlamaq;
Etender.gov.az və digər dövlət portallarında işləmə bacarığı.
Sənədlərlə işləmək bacarığı, yüksək diqqət və dəqiqlik.
MS Office proqramları ilə sərbəst işləmə bacarığı (xüsusilə Word və Excel).
Analitik düşüncə, vaxtın idarə olunması
Yüksək ünsiyyət,təqdimat bacarığı və məsuliyyətli yanaşma.
Dürüstlük və kollektivdə işləmə bacarığı olmalı
İnformasiyanın təhlili və analiz etmək bacarığı;
Dil bilikləri: Azərbaycan (əla), İngilis və Rus dilləri (arzuolunandır) ;
İş şəraiti:
Həftəlik tam iş qrafiki – 09:00-18:00
Iş yeri: Səməd Vurğun küçəsi 79B,Ultra Technologies.
Əmək haqqı: 1200+ AZN
Müraciət qaydası
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Tender üzrə mütəxəssis” qeyd etməklə göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Ultra Technologies
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14283
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə