Tender mütəxəssisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 28 aprel 2026
Son Tarix: 20 may 2026
Təsvir
Vəzifə öhdəlikləri
Tender mərhələsi
Dövlət və özəl satınalma portallarında (məsələn, etender.gov.az) elanların gündəlik monitorinqi
Şirkətin fəaliyyət sahəsinə uyğun tenderlərin seçilməsi və analiz edilməsi
Tender sənədlərinin (texniki tapşırıq, spesifikasiya və s.) ətraflı araşdırılması
Uyğunluq analizinin aparılması (şirkətin tələblərə cavab verib-verməməsi)
Təklif sənədlərinin hazırlanması (kommersiya təklifi, texniki təklif və s.)
Qiymətlərin hesablanması və rentabelliyin analiz edilməsi
Lazımi arayışların və sənədlərin (vergi, bank, lisenziya və s.) toplanması
Tender portalına sənədlərin düzgün və vaxtında yüklənməsi
Sifarişçi tərəfindən verilən sualların cavablandırılması
Tender prosedurlarının qanunvericiliyə uyğun aparılmasına nəzarət
Tender udulduqdan sonra (Full proses idarəetməsi)
Müqavilə və hüquqi mərhələ
Tender nəticələrinə əsasən müqavilənin hazırlanmasına və razılaşdırılmasına nəzarət
Müqavilə şərtlərinin (çatdırılma müddəti, ödəniş şərtləri və s.) yoxlanılması
Müqavilənin imzalanma prosesinin koordinasiyası
Sifarişçi ilə rəsmi yazışmaların aparılması
Kommunikasiya və sorğuların idarəsi
Portal və e-mail vasitəsilə daxil olan sorğuların operativ cavablandırılması
Yaranan problemlərin araşdırılması və həll yollarının təqdim edilməsi
Müştəri ilə davamlı əlaqənin saxlanılması
Layihə üzrə statusların izlənməsi və hesabat verilməsi
Təchizat və logistika
Tender üzrə tələb olunan malların siyahısının hazırlanması
Təchizatçılarla əlaqə saxlanılması və qiymət təkliflərinin alınması
Malların sifarişi və çatdırılma prosesinə nəzarət
Anbara qəbul prosesinin təşkili
Malların keyfiyyət və uyğunluq yoxlaması
Satış və uçot (ERP sistemi)
Malların ERP sisteminə daxil edilməsi (məsələn, 1C:Enterprise)
Satış sənədlərinin hazırlanması (qaimə, hesab-faktura və s.)
Mühasibatlıq ilə koordinasiya
Maliyyə əməliyyatlarının izlənməsi
Hesabat və bağlanış
Tender layihəsinin yekun hesabatının hazırlanması
Müqavilə öhdəliklərinin tam icrasına nəzarət
Sifarişçinin qəbul aktlarının alınması
Layihənin bağlanması və arxivləşdirilməsi
İş Şərtlərimiz:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
Əmək haqqı razılaşma ilə
6 günlük iş rejimi
Ünvan: Abşeron Ticarət Mərkəzi
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Tender mütəxəssisi” sözlərini qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərsinlər.
Necə Müraciət Etmək Olar
Amper Elektrik
Vakansiya Təfərrüatları
Vakansiya ID
#14772
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə