Təmizlik və Camaşırxana işləri üzrə İcraçı rəhbərin Assistenti (Menecer)
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 yanvar 2026
Son Tarix: 5 fevral 2026
Təsvir
Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
Vəzifə öhdəlikləri:
Əsas təmizlik texnologiyalarını və kimyəvi maddələrin düzgün istifadə qaydasını bilmək;
Ümumi ərazilərin təmizlik standartlarına tam uyğunluğunu təmin etmək, keyfiyyət yoxlamaları aparmaq;
Təmizliklə bağlı yaranan hər hansı problemi vaxtında aşkar edib həll etmək;
Təmizlik materiallarının (deterjan, avadanlıq) sifarişi və sərfiyyatına nəzarət;
Təmizlik işçilərinin iş qrafiklərini hazırlamaq, iş bölgüsünü həyata keçirmək və iş prosesinə nəzarət etmək;
Yeni işçilərin təlimatlandırılması, onların işə adaptasiyasına dəstək olmaq, heyətin peşəkar bacarıqlarının artırılmasını təmin etmək;
Gündəlik və aylıq hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
Bütün təmizlik proseslərinin idarə edilməsi.
Tələblər
Müvafiq sahədə rəhbər vəzifədə ən az 1 il iş təcrübəsi;
Yaş həddi 25+;
Liderlik, komanda idarəetmə bacarığı və məsuliyyətli, təşəbbüskar yanaşma;
Təmizlik kimyəvi maddələri və avadanlıqları haqqında bilik;
Təmizlik standartları, prosedurları və sanitariya qaydaları barədə dərin bilik;
Fiziki cəhətdən aktiv, diqqətli, məsuliyyətli və nizam-intizamlı.
5 ulduzlu oteldə İcraçı təmizlik rəhbəri və ya nəzarətçisi qismində təcrübəyə malik olmaq.
Təşkilatçılıq/planlaşdırma/həvalə/prioritetləşdirmə/problem həllində əla bacarıqlar;
Mərtəbə, İctimai sahələr nəzarəti
Ofis idarəetməsi;
VİP və VVİP otaq və sahələrin idarə edilməsi;
Tekstil, parça və digər materiallarla işləmək;
Təsərrüfatının idarə edilməsi cədvəlinin tərtib edilməsi;
Əlavə məlumat:
İş vaxtı: 5 günlük iş qrafiki ilə təyin olunur.
Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər göstərilən elektron poçt ünvanına CV göndərə bilərlər.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Nardaran İnvest
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4086
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə