Təmizlik və Camaşırxana işləri üzrə İcraçı rəhbərin Assistenti (Menecer)
Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.
Vəzifə öhdəlikləri:
Əsas təmizlik texnologiyalarını və kimyəvi maddələrin düzgün istifadə qaydasını bilmək;
Ümumi ərazilərin təmizlik standartlarına tam uyğunluğunu təmin etmək, keyfiyyət yoxlamaları aparmaq;
Təmizliklə bağlı yaranan hər hansı problemi vaxtında aşkar edib həll etmək;
Təmizlik materiallarının (deterjan, avadanlıq) sifarişi və sərfiyyatına nəzarət;
Təmizlik işçilərinin iş qrafiklərini hazırlamaq, iş bölgüsünü həyata keçirmək və iş prosesinə nəzarət etmək;
Yeni işçilərin təlimatlandırılması, onların işə adaptasiyasına dəstək olmaq, heyətin peşəkar bacarıqlarının artırılmasını təmin etmək;
Gündəlik və aylıq hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
Bütün təmizlik proseslərinin idarə edilməsi.