Ana Səhifə
Vakansiyalar

Təmizlik işçisi

Təmizlik işçisi

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 27 may 2026

Son Tarix: 4 iyul 2026

Təsvir

Yeni Çinar Kafesi MMC

  • “Təmizlik işçisi” vəzifəsinə yüksək
    təcrübəli namizəd axtarır;

  • Aşağıda qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini
    hr.chinar@yck.az ünvanına göndərmələri xahiş olunur;

  • Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

İş haqqında

Müvafiq sahədə 1-2 il təcrübəsinin olması;
 Müxtəlif təmizlik məhsulları və avadanlıqlardan istifadə etməyi bacarmalı;
 Sanitar-gigiyenik normalara riayət etmək;
 Digər əməkdaşlarla nəzakətli və anlayışlı ünsiyyət qurmaq;

Tələblər

İşə başlamazdan öncə gündəlik yoxlama cədvəlinə uyğun olaraq əraziyə baxış
keçirilməsi, müvafiq qeydlərin aparılması və günlük iş bölgüsü əsasında təmizlik işlərinin aparılması;
 Restorana aid qapalı ərazidə və çöl ərazilərində təmizlik işlərinin həyata keçirilməsi, o cümlədən, döşəməni süpürüb-silmək, pəncərə və qapıları
təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq;
Əl və ya mexaniki təmizləmə avadanlıqlarından istifadə edərək otaqların,
dəhlizlərin, pilləkənlərin və digər sahələrin təmizlənməsi (məsələn, moplar, tozsoranlar, döşəmə təmizləyiciləri və s. vasitəsilə);
 Döşəmə, mebel, pəncərə və digər səthlərin silinməsi və dezinfeksiya olunması;
 Sanitar qovşaqların müntəzəm təmizlənməsi və dezinfeksiya olunması, sabun dispenserlərinin doldurulması və boş kağız, dəsmal rulonlarının dəyişdirilməsi;
 Müxtəlif səthlərdə təmizləyici məhsulların təhlükəsiz şəkildə istifadə olunmasını təmin etmək;
 Qida təhlükəsizliyi və sanitariya-gigiyena normalarına ciddi riayət etmək;
Təmizlik avadanlıqlarının qaydalara uyğun olaraq saxlanmasını təmin etmək;
 Baş verən çatışmazlıqlar və ya təmir ehtiyacları barədə rəhbərinə məlumat vermək;
 Tullantıların toplanması və zibil qutularının boşaldılması;

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18565

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya