Qabyuyan

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 27 may 2026

Son Tarix: 4 iyul 2026

Təsvir

Yeni Çinar Kafesi MMC

“Qabyuyan” vəzifəsinə yüksək
təcrübəli namizəd axtarır;

  • Aşağıda qeyd olunan kriteriyalara uyğun olan namizədlərdən CV-lərini
    hr.chinar@yck.az ünvanına göndərmələri xahiş olunur;

  • Yalnız tələb olunan kriteriyalara cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

İş haqqında

Müvafiq sahədə 1 il təcrübəsinin olması;
Müxtəlif təmizlik məhsulları və avadanlıqlardan istifadə etməyi bacarmalı;
 Sanitar-gigiyenik normalara riayət etmək;
 Digər əməkdaşlarla nəzakətli və anlayışlı ünsiyyət qurmaq bacarığı.

Tələblər

İş bölgüsü əsasında mətbəx ərazisində döşəmənin silinməsi, tullantıların atılması, zibil qutularının boşaldılması;

Yeməkdən sonra istifadə olunmuş boşqab, stəkan, çəngəl-bıçaq, tava, qazan və digər mətbəx ləvazimatlarını lazım olduqda əl ilə, avtomat qabyuyan maşınla və ya digər xüsusi avadanlıqlarla yumaq;

Qabların növlərinə görə çeşidlənməsi, yuyulmuş qabların qurudulması və təmiz saxlama yerlərinə yerləşdirilməsi;

Qida tullantılarının düzgün şəkildə utilizasiyasını təmin etmək;

Aşpazlara və digər mətbəx işçilərinə lazım olan avadanlıq və materialların vaxtında çatdırılmasını təmin etmək;

Qabyuyan maşının, kranların və digər avadanlıqların təmiz və işlək vəziyyətdə
saxlanması;

Qida təhlükəsizliyi və sanitariya-gigiyena normalarına ciddi riayət etmək;

Təmizlik vasitələrinin qaydalara uyğun olaraq saxlanmasını təmin etmək;

Baş verən çatışmazlıqlar və ya təmir ehtiyacları barədə rəhbərinə məlumat vermək;

Qaynar səthlər və iti alətlərlə təhlükəsiz davranmaq.

Necə Müraciət Etmək Olar

Vakansiya Təfərrüatları

Vakansiya ID

#18564

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya