Teleskopik yükləyici operatoru
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 yanvar 2026
Son Tarix: 4 mart 2026
Təsvir
Anbardan olan satışların iri qabaritli yük maşınlarına diqqətli şəkildə yükləməli;
Teleskopik yükləyicinin əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətinin yoxlanılması;
Teleskopik yükləyicidə aşkar olunmuş texniki nasazlığın aradan qaldırılmasında iştirak edilməsi;
Müəssisə rəhbərliyinin göstərişlərini operativ şəkildə yerinə yetirilməsi;
Teleskopik yükləyiciyə yükləmə işi apararkən təhlükəsizlik qaydalarına riayət edilməsi;
Teleskopik yükləyicini idarə edən zaman sürət həddinə ciddi riayət edilməsi.
İş rejim: 6 günlük (Dəyişkən)
İş saatı: 08:00-16:00
Nahar şirkət hesabına
Tibbi siğorta
Bakı və Sumqayıt şəhərlərindən servis xidməti
Əmək haqqı: 980 +əlavələr
Ünvan:Abşeron rayonu, Bakı-Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı)
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi e-poçt ünvanına mövzu (tema ) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Teleskopik yükləyici operatoru (Sürücü)” qeyd etməklə və ya nömrənin whatsappına özünüz haqqda məlumatları (ad soyad, yaş, yaşayış yeri, iş təcrübəsi, hərbi mükəffəliyyət) göndərməyiniz xahiş olunur.
Tələblər
Təhsil : Orta texniki
İş təcrübəsi : 1 ildən 3 ilə qədər
Yaş : 25 - 55
Cins : Kişi
Tam orta və ya orta-ixtisas təhsil;
Bu sahə üzrə 1-3 il iş təcrübəsi olmalıdır;
Teleskopik yükləyici vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi;
İntizamlı, sağlam, fiziki dözümlü, məsuliyyətli, çalışqan, diqqətli, ehtiyatlı
Əmək intizamının yüksək olması;
Təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir;
Texnikaya qarşı məsuliyyətli davranmalı;
Gecə iş vaxtında işləməyə uyğun olamalı;
Yaxın ərazidə (Xırdalan, Müşviqabad, Sulutəpə, Hökməli və s) yaşayanlara üstünlük veriləcək.
Necə Müraciət Etmək Olar
Agrotrade Supply MMC
Other
AgroTrade Supply (ATS) ölkənin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq əsasında yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təqdim edən şirkətlər qrupudur. Qrupun əsas missiyası dənli və dənli paxlalı bitkilərin istehsal və emalını inkişaf etdirməklə regionlarda məşğulluğu və gəlirləri artırmaq, eyni zamanda Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməkdir. ATS Qrupun strukturuna un dəyirmanı, qüvvəli yem zavodu, soya və günəbaxan emalı zavodu, çörək və qənnadı istehsalı müəssisələri daxildir və qrup 11 min hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti aparır. Müasir istehsal gücləri, geniş xammal bazası və müqaviləli əkinçilik layihələri sayəsində ATS həm məhsul keyfiyyətini, həm də fermerlərin dayanıqlı inkişafını təmin edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#6161
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+