Telemarketing üzrə kiçik mütəxəssis/mütəxəssis/aparıcı mütəxəssis
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 19 may 2026
Son Tarix: 31 may 2026
Təsvir
Potensial müştərilərə zəng vasitəsilə kredit məhsulları barədə məlumat vermək;
Təsdiq olunmuş bankdaxili qaydalara və prosedurlara uyğun olaraq Bank tərəfindən təqdim olunan kredit məhsullarının növləri barədə məlumat vermək;
Kredit məhsulunu yeni əldə etmiş və kredit məhsulundan istifadə etməyən müştərilərə kredit məhsullarının üstünlükləri barədə məlumat vermək və istifadəsini sövq etmək;
Müştərilərə cari məsələrlə bağlı məsləhət vermək;
Vəzifə öhdəlikləri və səlahiyyatlarının çərçivəsindən çıxmamaq şərtilə, fəaliyyətini mövcud Əsasnaməyə, bankdaxili prosedur və qaydalara uyğun həyata keçirmək.
Tələblər
Ali təhsil (üstünlük: iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi sahələri);
Müvafiq sahə üzrə minimum 3 ay iş təcrübəsi.
Microsoft Office proqramlarını bilmək;
Azərbaycan dilini mükəmməl bilmək, ingilis və rus dilləri arzuolunandır;
Kollektivlə ünsiyyət qurmaq bacarığı;
Yeniliklərə açıq olmalı;
Verilən materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
Necə Müraciət Etmək Olar
Unibank Kommersiya Bankı
Finance
Unibank Kommersiya Bankı Azərbaycanın aparıcı kommersiya banklarından biridir və müasir bankçılıq xidmətləri ilə fərdi və korporativ müştərilərə geniş maliyyə həlləri təqdim edir. Bank 2002-ci ildə MBank və PROMTEXBANK-ın birləşməsi nəticəsində yaradılıb və bu gün ölkənin ən innovativ maliyyə institutlarından biri kimi tanınır. Unibank kredit, depozit, kart məhsulları, biznes maliyyələşməsi və rəqəmsal bankçılıq xidmətləri üzrə fəaliyyət göstərir. Bank xüsusilə rəqəmsal transformasiya və innovativ yanaşmaları ilə seçilir. “Unibank Mobile” tətbiqi və “Leobank” kimi rəqəmsal məhsulları vasitəsilə müştərilərə sürətli və rahat bank xidmətləri təqdim edir. Unibank fəaliyyətində müştəriyönümlülük, texnoloji inkişaf və əlçatan maliyyə xidmətlərini əsas prioritet kimi müəyyənləşdirərək Azərbaycanın bank sektorunda lider mövqelərdən birini qoruyur.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#17406
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
1000+