Tələblər üzrə aparıcı analitik / Senior Demand Analyst / Revenue Management Department
Tam Ştat
Yüksək Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 23 aprel 2026
Son Tarix: 3 may 2026
Təsvir
Gəlir Optimallaşdırması: Aylıq gəlir hədəflərinə nail olmaq və şəbəkə üzrə gəlirləri maksimumlaşdırmaq üçün dəqiq tələb proqnozlaşdırmaları və strateji gəlir idarəetmə üsullarını tətbiq etmək;
Dəqiq Proqnozlaşdırma: Pik dövrlər və xüsusi tədbirlər zamanı, xüsusilə sinif, uçuş vaxtı, həftənin günü, başlanğıc və təyinat nöqtəsi üzrə çoxölçülü səviyyədə tələbi dəqiq proqnozlaşdırmaq;
Pik İdarəetmə: Pik dövrlər və xüsusi hadisələr zamanı tələb dəyişikliklərindən maksimum gəlir əldə etmək üçün effektiv strategiyalar hazırlamaq və tətbiq etmək;
Rəqabət Analizi: Rəqib qiymətləri və bazar meyllərini izləyərək imkanları və riskləri müəyyən etmək, zərurət olduqda strategiyaları yeniləmək;
Performans Analizi və Məlumat-əsaslı Tənzimləmələr: Gəlir göstəricilərini izləmək, mütəmadi performans təhlilləri aparmaq və gəlirlərin artırılması üçün məlumatlara əsaslanan tövsiyələr hazırlamaq. Tələb trendlərini təkmilləşdirmək, sistem nəticələrini təsdiqləmək və şəbəkə optimizasiyasını dəstəkləmək üçün dəqiq O&D (Origin & Destination) məlumatlarını təmin etmək;
Əməkdaşlıq: Qiymət və gəlir strategiyalarının ümumi biznes məqsədlərinə uyğun olmasını təmin etmək üçün Şəbəkə Planlaşdırması, Alyans, Satış, E-kommersiya, Marketinq və Loyallıq proqramı komandaları ilə sıx əməkdaşlıq etmək;
Sistemlər və Alətlər: Gəlirlərin optimallaşdırılması və məlumatlara əsaslanan qərarların qəbulunu dəstəkləmək üçün gəlir idarəetmə proqramları və alətlərindən effektiv istifadə etmək;
Davamlı İnkişaf: Gəlirlərin artırılmasına yönəlmiş proses təkmilləşdirmələrini müəyyənləşdirmək və həyata keçirmək;
Layihələrdə İştirak: Gəlir idarəetmə layihələrində tələb strategiyaları üzrə ekspert dəstəyi göstərmək.
Tələblər
Təhsil səviyyəsi: Ali
Revenue management sahəsində minimum 2-3 il iş təcrübəsi;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;
Təqdimat bacarıqlar;
Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
Danışıqların aparılması bacarığı;
Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə);
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta).
İş qrafiki:
Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
Heydər Əliyev Beynəlxalq Hava Limanı
Necə Müraciət Etmək Olar
Azerbaijan Airlines
Other
Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#14380
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Yüksək Səviyyə
Şirkət Ölçüsü
1000+