Ana Səhifə
Vakansiyalar
Xidmət Sahəsi
Digər xidmət işləri

Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi / Məhsul sahibi

Müştəri Təcrübəsinin İdarəolunması İdarəsi / Məhsul sahibi

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 18 aprel 2026

Son Tarix: 27 aprel 2026

Təsvir

  • Omnichannel üzrə məhsulun planlanması, qurulması və gündəlik inkişaf proseslərini idarə etmək;

  • Müştərinin müxtəlif kanallarda (veb, mobil tətbiq, çağrı mərkəzi, fiziki xidmət nöqtələri və s.) eyni və ardıcıl müştəri təcrübəsi yaşamasını təmin etmək ;

  • Müxtəlif kanallarda mövcud olan müştəri təcrübəsini təhlil etmək, problemləri, uyğunsuzluqları və inkişaf imkanlarını müəyyənləşdirmək;

  • Biznesdən gələn tələbləri konkret və icra edilə bilən məhsul tapşırıqlarına çevirmək;

  • Məhsul üzrə prosesləri və icra ediləcək işləri formalaşdırmaq, onların vacibliyini və hansı ardıcıllıqla icra olunacağını müəyyən etmək;

  • Məhsul üzrə görülən işlərin plan üzrə və vaxtında icra olunmasına nəzarət etmək;

  • Kanallar arasında funksiyaların, məzmunun və ümumi müştəri təcrübəsinin uyğun və əlaqəli olmasını təmin etmək;

  • Məhsulla bağlı tələbləri, gözləntiləri və nəticələri aydın və başa düşülən şəkildə sənədləşdirmək;

  • Məhsulun tətbiqi zamanı ortaya çıxan problemləri vaxtında aşkar etmək və həllinə dəstək vermək;

  • Məhsulun real istifadəsini izləmək, hansı funksiyaların effektiv işlədiyini və hansının əlavə inkişaf tələb etdiyini müəyyənləşdirmək;

  • Müştəri rəyləri və istifadə məlumatlarına əsaslanaraq müştəri təcrübəsini davamlı şəkildə yaxşılaşdırmaq;

  • Platformalar arasında məlumatların düzgün, ardıcıl və əlaqəli şəkildə işləməsinə nəzarət etmək;

  • Məhsul üzrə təqdimatlar, qısa hesabatlar və yenilənmələr hazırlamaq;

  • Məhsulun daxili qaydalara, təhlükəsizlik və məlumatların qorunması tələblərinə uyğun olmasını təmin etmək;

  • Omnichannel məhsulun daha səmərəli idarə olunması üçün proseslərin təkmilləşdirilməsinə töhfə vermək.

Tələblər

  • Təhsil səviyyəsi: Ali

  • Product owner vəzifəsində minimum 4-5 il iş təcrübəsi;

  • Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı;

  • Təqdimat bacarıqlar

  • Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;

  • Danışıqların aparılması bacarığı;

  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;

  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

  • Dəyişikliklərə uyğunlaşmaq bacarığı;

  • Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək).

Texniki bacarıqlar :

Backlog və işlərin idarə olunması;

  • Jira

  • Azure DevOps (və ya oxşar)

Sənədləşmə və təqdimatlar:

  • Confluence

  • Microsoft Word

  • Microsoft PowerPoint

Analitika və hesabat :

  • Microsoft Excel

  • Power BI və ya Tableau

  • Google Analytics və ya oxşar

Müştəri və Omnichannel platformaları:

  • CRM sistemləri (Salesforce, Microsoft Dynamics, SAP

  • CRM və ya oxşar)

  • Müştəri xidmət platformaları (Zendesk, Freshdesk və ya

  • oxşar)

Dizayn və proses alətləri:

  • Miro

  • Figma (oxuma və rəy səviyyəsində)

Sistemlər üzrə ümumi anlayış:

  • Web və mobil tətbiqlər

  • Login və istifadəçi profili sistemləri

  • API anlayışı (texniki olmayan səviyyədə)

Test və qəbul:

  • UAT prosesləri

  • ira və ya oxşar test izləmə alətləri

İş qrafiki:

  • Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

Necə Müraciət Etmək Olar

Azerbaijan Airlines

Azerbaijan Airlines

Other

Azərbaycan Hava Yolları (AZAL) Azərbaycanın milli aviadaşıyıcısıdır və müasir hava donanması, yüksək xidmət keyfiyyəti və dinamik genişlənən marşrut şəbəkəsi ilə seçilir. Aviaşirkət beynəlxalq təhlükəsizlik standartlarına uyğun uçuşlar həyata keçirərək ölkənin aviasiya sektorunun inkişafına, turizmin inkişafına və nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına mühüm töhfə verir. Xidmətlərinin yüksək səviyyəsi “Skytrax” reytinqində 4 ulduzla və digər beynəlxalq mükafatlarla təsdiqlənmişdir. AZAL-ın hava donanması ICAO standartlarına tam uyğundur və aviaşirkət həm IATA, həm də Azərbaycan Turizm Assosiasiyasının (AZTA) üzvüdür. Sərnişinlər üçün rahat və müasir rəqəmsal xidmətlər tətbiq olunur, marşrut şəbəkəsi isə davamlı genişləndirilir. Baş ofisi Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və şirkət müxtəlif daxili və beynəlxalq istiqamətlərə uçuşlar təklif edir.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14226

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

1000+

Bu Şirkətdən Daha Çox Vakansiya

İnformasiya Texnologiyaları İdarəsi / Verilənlər bazasının administratoru

Tam Ştat

Oracle, PostgreSQL, MSSQL və MYSQL mühitlərinin arxitektura səviyyəsində idarə olunması, optimizasiyası və yüksək əlçatanlığının təmin edilməsi; Məlumat bazası infrastrukturlarının dizaynı, capacity planning və performans strategiyalarının hazırlanması; Database təhlükəsizlik siyasətlərinin hazırlanması və tətbiqi (auditing, encryption, least privilege prinsipi, compliance tələbləri); Backup, restore və Disaster Recovery strategiyalarının hazırlanması və avtomatlaşdırılması (RMAN, Data Guard, pgBackRest, Always On və s.); Performans problemlərinin dərin analiz edilməsi (AWR, ASH, execution plan analysis, wait event analysis, index və storage tuning); High Availability və DR həllərinin qurulması və optimizasiyası (Oracle Data Guard, RAC, PostgreSQL Streaming/Logical Replication, MSSQL Always On AG, Failover Cluster); Failover və switchover ssenarilərinin planlaşdırılması, mütəmadi test edilməsi və prosedurların sənədləşdirilməsi; Monitoring və alert mexanizmlərinin qurulması və təkmilləşdirilməsi (OEM, Zabbix, Prometheus və s.); Mürəkkəb insidentlərin araşdırılması, root cause analysis aparılması və preventive tədbirlərin tətbiqi; CI/CD və DevOps proseslərində database inteqrasiyasının təmin edilməsi; Digər IT komandaları ilə (Dev, SysAdmin, Network, Security) koordinasiyalı işləmə və layihə səviyyəsində iştirak.