Tələbə aqronom (Ağcabədi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 19 iyun 2026
Təsvir
Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasının müəyyən edilməsi, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlərin görülməsi;
Aqro-texniki tədbirlərin həyata keçirilməsi, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaldılması;
Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən edilməsi;
Bitkinin bioloji yetişkənlik dövrünün müəyyən edilməsi, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirlərinin görülməsi;
Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkil edilməsi, iş normalarının yerinə yetirilməsi;
Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən edilməsi;
Kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə proqramların hazırlanması;
Bitkinin veqetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl edilməsi;
Tələblər
Təhsil : Ali (aqronom ixtisası üzrə).
Təcrübə : Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
Sertifikatlar : Arzu olunandır.
Təsərrüfatın təbii-iqtisadi şəraitinə uyğun ixtisaslaşma və təmərküzləşmə prinsipləri;
Təsərrüfatın nizamnaməsini, aqrotexniki tədbirlər barədə bütün təlimatlar;
Karantin xarakterli alaqların, xəstəlik və zərərvericilərin yayılmasının qarşısının alınması;
Texniki təhlükəsizlik və yanğına qarşı mübarizə tədbirləri;
Bitkilərin becərilməsini, suvarılmasını, texnoloji işlər;
Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək və ümumi məhsul istehsalını artırmaq istiqamətində bütün aqrotexniki məslələr;
Necə Müraciət Etmək Olar
Prime Cotton
Manufacturing
Prime Cotton MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən çox təcrübəyə malik pambıqçılıq və tekstil sənayesində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət ölkənin pambıqçılıq rayonlarının böyük hissəsində pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olur və xam pambıqdan iplik, pambıq yağı, pambıq toxumu və digər məhsullar istehsal edir. Hazır məhsullar Türkiyə, Rusiya, digər MDB ölkələri, eləcə də Avropa və Yaxın/Uzaq Şərq bazarlarına ixrac edilir, bu da onun yüksək keyfiyyət və beynəlxalq standartlara cavab verdiyini göstərir. Prime Cotton MMC-nin strukturuna Bakı və Mingəçevirdə müasir iplik istehsalı müəssisələri, Şirvanda isə pambıq yağı zavodu daxildir və bunlar Almaniya, Yaponiya, İsveçrə və digər ölkələrin qabaqcıl texnologiyaları ilə təchiz olunub. Şirkət məhz bu inteqrasiya olunmuş yanaşma ilə yüksək keyfiyyətli məhsulların istehsalını təmin edir və müştərilərə məhsulların vaxtında çatdırılması və keyfiyyət zəmanəti verir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18284
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+