Təhlükəsizlik Sistemləri üzrə Texnik (CCTV/Şlaqbaum/Access Control)
Tam Ştat
Orta Səviyyə
1.000 AZN-dən
Yerləşdirilib 10 aprel 2026
Son Tarix: 10 may 2026
Təsvir
İş şəraiti:
İş yeri: Bakı / ezamiyyət ehtimalı var
İş qrafiki: Tam ştat (6 günlük) (Bazar ertəsi – Şənbə)
Əmək haqqı: Müsahibə əsasında (bacarıq və təcrübəyə görə)
İşə qəbul: Rəsmi əmək müqaviləsi ilə
Vəzifə üçün nəzərdə tutulan əmək haqqi (Nett): 1000 AZN
Vəzifə öhdəlikləri:
CCTV kameraların (IP və Analog) quraşdırılması və sazlanması
DVR/NVR sistemlərinin qurulması və şəbəkəyə inteqrasiyası
Təhlükəsizlik sistemlərinin (Access Control, domofon, turniket və s.) montajı və texniki dəstəyi
Şlaqbaumların quraşdırılması, sazlanması və texniki servisi
Kabel çəkilişi (UTP, FTP, koaksial, enerji kabeli) və kabel kanallarının düzgün çəkilməsi
Sistemlərin test edilməsi, nasazlıqların aşkarlanması və aradan qaldırılması
Müştərilərə texniki izahat və təhvil-təslim prosesinin aparılması
Texniki sənədləşmə və görülən işlərin hesabatlandırılması
Layihə üzrə quraşdırma işlərinin standartlara uyğun icrası
Tələblər
:
CCTV, təhlükəsizlik sistemləri və şlaqbaum quraşdırılması sahəsində minimum 1 il təcrübə
IP kamera sistemləri, router/switch anlayışı və şəbəkə əsasları barədə bilik
DVR/NVR konfiqurasiyası və mobil tətbiqlərə qoşulma bacarığı
Kabel sıxma (RJ-45), patch panel və bağlantı işlərini bilmək
Elektrik və zəif axın sistemləri üzrə baza biliklər
Texniki alətlərlə işləmə bacarığı (perforator, tester, krimper və s.)
Məsuliyyətli, operativ və komandada işləmə bacarığı
Ezamiyyətə və sahə işlərinə hazır olmaq
B kateqoriyalı sürücülük vəsiqəsi (üstünlükdür)
Rus və ingilis dili bacarığı (arzuolunandır)
Üstünlük verilir:
Hikvision, Dahua, Uniview sistemləri ilə işləmə təcrübəsi
Şlaqbaum və turniket sistemlərində praktiki təcrübə
Domofon/interkom sistemləri üzrə bilik
Texniki servis və təmir bacarığı
Şirkət tərəfindən təmin olunur:
Rəsmi əmək müqaviləsi
Stabil əmək haqqı + əlavə bonuslar (iş həcminə görə)
İş üçün lazım olan alət və avadanlıqlar
Namizədlər CV-lərini info@iteam.az , **faridaaliyeva45@gmail.com**adresinə göndərə bilərlər. Mövzu hissəsində “Təhlükəsizlik Sistemləri üzrə Texnik” qeyd olunmalıdır.
Əlaqə: +994 10 239 66 54
Necə Müraciət Etmək Olar
İteam Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#13283
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə