Layihələrin İdarə Olunması üzrə Mütəxəssis (Ezamiyyətli Texniki İşlər)
Vəzifə öhdəlikləri:
Şirkətin bölgələrdə həyata keçirdiyi texniki layihələrin idarə olunması və icrasına nəzarət
Ezamiyyətlər zamanı obyektlərdə texniki işlərin koordinasiyası və yerində təşkil olunması
Təhlükəsizlik sistemləri (kamera müşahidə, şlaqbaum, turniket, access control, siqnalizasiya və s.) üzrə quraşdırma və texniki xidmət proseslərinə rəhbərlik
Layihə üzrə işçi heyətinin (montajçılar, texniki personal və s.) iş bölgüsünün aparılması
Obyektdə görüləcək işlərin planlanması, icra müddətlərinin təyin edilməsi və icra qrafikinin hazırlanması
Görülən işlərin keyfiyyətinə nəzarət və texniki standartlara uyğunluğun təmin edilməsi
Layihə sənədlərinin hazırlanması və icra prosesində hesabatların təqdim olunması
Müştəri ilə əlaqələrin idarə olunması, obyekt üzrə texniki problemlərin operativ həlli
Material və avadanlıqların düzgün seçilməsi, tələb olunan ehtiyacların müəyyən edilməsi
Layihələrin təhvil-təslim mərhələsində iştirak və sənədləşmə işlərinin aparılması