Təhlükəsizlik rəisi
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 26 may 2026
Son Tarix: 11 iyun 2026
Təsvir
Əsas vəzifə öhdəlikləri:
Retail şəbəkəsi üzrə təhlükəsizlik sisteminin təşkili və idarə olunmasının təmin edilməsi;
Mağazalarda təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edilməsi;
Maddi dəyərlərin qorunması və itkilərin qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi;
Təhlükəsizlik risklərinin müəyyən edilməsi və minimallaşdırılması istiqamətində fəaliyyət göstərilməsi;
Videomüşahidə, giriş-çıxış və digər təhlükəsizlik sistemlərinin işinə nəzarət edilməsi;
Fövqəladə hallar zamanı operativ tədbirlərin görülməsi və prosesin idarə olunması;
Təhlükəsizlik əməkdaşlarının fəaliyyətinin təşkili, koordinasiyası və nəzarətdə saxlanılması;
Daxili araşdırmaların aparılması və rəhbərliyə hesabatların təqdim edilməsi;
Təhlükəsizlik sahəsində daxili prosedur və qaydaların hazırlanması və tətbiqinin təmin edilməsi.
Tələblər
Tələb olunan bilik və bacarıqlar:
Təhlükəsizlik sahəsi üzrə nəzəri bilik və praktiki iş təcrübəsi;
Risklərin idarə olunması və operativ qərarvermə bacarığı;
Komanda idarəetməsi və liderlik qabiliyyəti;
Analitik düşünmə və problem həll etmə bacarıqları;
Videomüşahidə və təhlükəsizlik sistemləri ilə işləmə bacarığı;
Məsuliyyətlilik, çeviklik və stresə davamlılıq;
MS Office proqramlarında işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
Ali təhsil;
Təhlükəsizlik sahəsində minimum 3–5 il iş təcrübəsi;
Retail sahəsində iş təcrübəsinin olması üstünlükdür;
İş şərtlərimiz:
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00;
İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
Əmək bazarında rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təhlükəsizlik rəisi” yazaraq qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Necə Müraciət Etmək Olar
Tam Store
Retail
Tam Store (Tamstore) Azərbaycanda fəaliyyət göstərən mini, city və super formatlı marketlər şəbəkəsidir. Şirkət “tam xidmət, tam keyfiyyət, tam qiymət” prinsipi ilə müştərilərə geniş məhsul seçimi və rahat alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir. Tamstore brendi qida və gündəlik tələbat məhsullarının satışında müasir market konsepti ilə seçilir. Tamstore eyni zamanda ölkə daxilində filial şəbəkəsini genişləndirərək müxtəlif regionlarda yeni şöbələr açmaqla daha geniş müştəri bazasına xidmət göstərir. Rəsmi məlumatlara əsasən, şirkət Azərbaycan bazarında istehsal və distribüsiya sahəsində tanınan Avrora Group-un retail sektoruna daxil olması ilə yaradılıb və ilk filiallar Sumqayıt, Bakı (Binəqədi) və Nərimanov ərazisində fəaliyyətə başlayıb.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#18396
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
1000+