Təhlükəsizlik əməliyyatları analitiki

Bakı

Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 23 aprel 2026

Son Tarix: 4 may 2026

Təsvir

PAŞA Sığorta ASC namizədləri Təhlükəsizlik əməliyyatları analitiki vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Təhlükəsizlik əməliyyatları analitiki kimi əsas məqsədiniz şirkətin rəqəmsal infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinə, risklərin vaxtında aşkarlanmasına və qarşısının alınmasına, həmçinin təhlükəsizlik üzrə monitorinq, analiz və hesabatların hazırlanmasına töhfə verməkdir. Bu vəzifə İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx əməkdaşlıq etməyi, şəbəkə və sistemlərdəki boşluqların müəyyənləşdirilməsini və onların effektiv şəkildə aradan qaldırılmasını əhatə edir.

Öhdəliklər

  • Şəbəkənin və rəqəmsal infrastrukturun gündəlik monitorinqinin və "log" analizinin aparılması

  • İnformasiya Sistemlərində istifadəçilərin və administratorların girişlərinə və səlahiyyətlərinə nəzarət edilməsi

  • İnformasiya təhlükəsizliyi alətləri vasitəsilə şəbəkə, kompüter sistemləri və veb tətbiqlərdə boşluqların və təhdidlərin aşkarlanması üçün skanlamaların aparılması və hesabatların hazırlanması

  • Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx əməkdaşlıq etmək

  • Müxtəlif təhlükəsizlik məhsullarının gündəlik monitorinqi, hesabatların çıxarılması və analizinin aparılması

  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

Bilik və Bacarıqlar

  • Windows Server, Windows və Linux əməliyyat sistemləri üzrə yaxşı biliklər

  • SIEM üzrə əla biliklər

  • Firewall və korporativ antiviruslar üzrə yaxşı biliklər

  • WAF, HIDS/HIP üzrə yaxşı biliklər

  • NIDS/NIPS, NGFW üzrə yaxşı biliklər

  • Vulnerability Management üzrə orta səviyyədə biliklər

  • DLP üzrə orta səviyyədə biliklər

  • Analitik düşüncə və problem həll etmə bacarığı

  • Stresə davamlılıq və məsuliyyətlilik

  • Effektiv ünsiyyət və komanda ilə işləmək bacarığı

  • Dil bilikləri: Azərbaycan, İngilis, Rus

Təhsil və Təcrübə

  • Ali təhsil (bakalavr)

  • İnformasiya təhlükəsizliyi və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi

  • Beynəlxalq təhlükəsizlik sertifikatları arzuolunandır

Bizim Təklifimiz

  • Peşəkar və dinamik komandada işləmək imkanı

  • Fərdi və peşəkar inkişaf üçün dəstək və təlim imkanları

  • Şirkət daxilində şəffaflıq və əməkdaşlıq mədəniyyəti

  • İnnovativ layihələrdə iştirak və real təsir yaratmaq imkanı

  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.

Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Necə Müraciət Etmək Olar

PASHA Insurance

PASHA Insurance

Finance

PASHA Insurance Azərbaycanda fəaliyyət göstərən aparıcı qeyri-həyat sığorta şirkətlərindən biridir və PASHA Holding tərkibinə daxildir. Şirkət 2006-cı ildə təsis olunub və fəaliyyətini Azərbaycan Mərkəzi Bankının verdiyi lisenziya əsasında həyata keçirir. PASHA Insurance fərdi və korporativ müştərilər üçün geniş spektrli sığorta xidmətləri təqdim edərək bazarda etibarlı və stabil sığortaçı kimi tanınır. Şirkətin məhsul portfelinə avtonəqliyyat sığortası (KASKO və icbari), əmlak sığortası, səyahət sığortası, yük və məsuliyyət sığortası, eləcə də müxtəlif korporativ sığorta həlləri daxildir. PASHA Insurance rəqəmsal xidmətlərin inkişafına, müştəri təcrübəsinin yaxşılaşdırılmasına və beynəlxalq sığorta standartlarının tətbiqinə xüsusi önəm verir və qeyri-həyat sığortası bazarında lider mövqelərdən birini qoruyur.

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#14692

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Şirkət Ölçüsü

501-1000

Bu Şirkətdən Daha Çox Vakansiya

Tibbi ekspert

Tam Ştat

PAŞA Sığorta ASC namizədləri Tibbi ekspert vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Tibbi ekspert vəzifəsi, tibbi sığorta üzrə hadisələrin ekspertizasının aparılması, tibb müəssisələri ilə effektiv əməkdaşlığın təşkili, sığorta ödənişlərinin əsaslandırılması və tibbi-maliyyə təhlilinin həyata keçirilməsi ilə şirkətin xidmət keyfiyyətinin və maliyyə dayanıqlılığının təmin olunmasında mühüm rol oynayır. Öhdəliklər Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin nümayəndələri və müalicə həkimləri ilə əlaqələrin yaradılması və tibbi sığorta prinsiplərinin izahı Sığorta hadisələri üzrə daxil olan sənədlərin təhlili və tibbi-maliyyə ekspertizasının aparılması, zəruri hallarda ekspertizanı birbaşa tibb müəssisəsində keçirmək Sığorta ödənişinin həyata keçirilməsi barədə qərar qəbul edildikdə Sığorta Aktının hazırlanması Əlaqə Mərkəzinin əməkdaşlarına klinikalarla iş xüsusiyyətlərinin izahı və cari məsələlərin həllində dəstək göstərilməsi Şirkətin subkontraktor olmayan tibb müəssisələrinə müraciət edən sığorta olunanlar üçün ödənişin təmin edilməsi Sığorta mübahisələri üzrə məhkəmə çəkişmələri üçün ekspert rəyinin hazırlanması Şirkət tərəfindən təyin olunmuş periodik hədəflərə çatmaq və maraqların toqquşması hallarında tam və doğru məlumat vermək Müştəri və əməkdaş məlumatlarının qorunmasını təmin etmək Sığorta olunan şəxslərin hospitalizasiyasının təşkili və müalicə prosesinə nəzarət Tibbi sığorta üzrə sığorta hadisələrinin tənzimlənməsini təmin etmək Sığorta olunanlara ödənilməsi tələb olunan hallarda ekspertiza aparmaq Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi Bilik və Bacarıqlar Tibbi biliklər və tibbi-maliyyə ekspertiza bacarıqları Ünsiyyət qurmaq və komandada işləmək bacarığı Qeyri-standart vəziyyətlərə çevik reaksiya vermək Məntiqi təfəkkür və analitik yanaşma Məsuliyyətlilik və etibarlılıq Stresə davamlılıq və yüksək işgüzarlıq Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis və rus dili bilikləri arzuolunandır Təhsil və Təcrübə Ali tibb təhsili Tibbi sahədə minimum 3 il iş təcrübəsi Bizim Təklifimiz Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq imkanı Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar Şəffaf və innovativ iş mühiti Şirkətin biznes uğuruna töhfə vermək imkanı “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. PASHA Insurance OJSC invites candidates to apply for the position of Medical Expert and become a member of our professional team. The Medical Expert plays a key role in ensuring the quality and financial sustainability of the company’s services by conducting medical insurance case evaluations, facilitating effective cooperation with medical institutions, substantiating insurance payments, and performing medical-financial analysis. Responsibilities Establishing direct communication with representatives of medical institutions and attending physicians to protect the interests of insured persons and explaining medical insurance principles Analyzing documents received for insurance cases and conducting medical-financial expertise, including on-site evaluations at medical institutions when necessary Preparing the Insurance Act when a decision is made to process an insurance payment Supporting Assistance Center staff by explaining the specifics of working with clinics and assisting with current issues Ensuring payments for insured persons who apply to non-subcontractor medical institutions Preparing expert opinions for court proceedings related to insurance disputes Achieving periodic targets set by the company and providing accurate information in cases of conflict of interest Ensuring the protection of customer and employee data Organizing hospitalizations and monitoring the treatment process for insured persons Ensuring settlement of insurance cases under medical insurance Conducting expertise in cases requiring payment to insured persons Fulfilling other tasks assigned by direct supervisor Knowledge and Skills Medical knowledge and medical-financial expertise skills Strong communication and teamwork abilities Ability to respond quickly to non-standard situations Logical thinking and analytical approach Responsibility and reliability Stress resistance and high work ethic Language skills: Azerbaijani -fluent, English and Russian is desirable Education and Experience Higher medical education Minimum 3 years of work experience in the medical field What we offer Collaboration in a professional and supportive team Extensive opportunities for personal and professional development Transparent and innovative work environment Opportunity to contribute to the company’s business success Opportunity to work in a “Great Place To Work” certified company. Interested candidates can apply by clicking the link provided in the "Apply" button. Only candidates who meet the initial selection criteria will be contacted.

Satış üzrə təcrübəçi (Lənkəran nümayəndəliyi)

Tam Ştat

PAŞA Sığorta ASC namizədləri Satış üzrə təcrübəçi (Lənkəran nümayəndəliyi) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu vəzifə Lənkəran nümayəndəliyində satış proseslərinin dəstəklənməsi, mövcud sığorta bazasının genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması məqsədilə həyata keçirilir. Namizəd, komanda daxilində effektiv əməkdaşlıq edərək, məhsulların tanıdılması və satışının təşkili, partnyorlarla danışıqların aparılması və rəhbərliyin tapşırıqlarının icrası sahəsində şirkətə dəyər qatacaqdır. Öhdəliklər Mövcud sığorta bazasının artırılması və yeni müştərilərin cəlb edilməsi. Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi və onların ehtiyaclarının müəyyənləşdirilməsi. Partnyorlarla danışıqların aparılması və əməkdaşlıq imkanlarının genişləndirilməsi. Datalar əsasında hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi. Birbaşa tabe olduğu rəhbərin tapşırıqlarının vaxtında və dəqiq icra edilməsi. Bilik və Bacarıqlar Satış bacarığı və məhsulun effektiv təqdimatı. Öyrənməyə və inkişaf etməyə açıq olmaq. Komanda ilə işləmə və əməkdaşlıq bacarığı. Stresə davamlılıq və tez reaksiya vermə qabiliyyəti. Sığorta qanunvericiliyi üzrə baza bilikləri. Ünsiyyət və öz fikirlərini aydın ifadə etmək bacarığı. Dəqiqlik və məsuliyyətlilik. Dil bilikləri: Azərbaycan Təhsil və Təcrübə Ali təhsil. Sığorta və ya satış sahəsində təcrübə arzuolunandır. Bizim Təklifimiz Peşəkar və dəstəkləyici komanda ilə işləmək imkanı. Fərdi və peşəkar inkişaf üçün öyrənmə və böyümə imkanları. Şirkət daxilində şəffaflıq və açıq ünsiyyət mühiti. “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Satış üzrə təcrübəçi (Ağsu Nümayəndəliyi)

Tam Ştat

PAŞA Sığorta ASC namizədləri Satış üzrə təcrübəçi (Ağsu Nümayəndəliyi) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu vəzifə şirkətin Ağsu nümayəndəliyində satış proseslərinin dəstəklənməsi, mövcud sığorta bazasının genişləndirilməsi və müştəri xidmətlərinin keyfiyyətinin artırılmasına yönəlmişdir. Satış üzrə təcrübəçi komanda ilə sıx əməkdaşlıq edərək, məhsulların tanıdılması və satışı, partnyorlarla effektiv ünsiyyətin qurulması və rəhbərliyin tapşırıqlarının icrası sahəsində mühüm rol oynayacaqdır. Öhdəliklər Mövcud sığorta bazasının artırılması və yeni müştərilərin cəlb edilməsi Müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi Partnyorlarla danışıqların aparılması və effektiv əməkdaşlığın qurulması Datalar əsasında hesabatların hazırlanması Birbaşa tabe olduğu rəhbərin tapşırıqlarının icrası Bilik və Bacarıqlar Satış üzrə bilik və bacarıqlar Komanda ilə işləmə bacarığı Stressə davamlılıq Sığorta qanunvericiliyi üzrə biliklər Ünsiyyət qurma və öz fikirlərini aydın ifadə etmək bacarığı Dəqiqlik və yaranan şəraitdə tez reaksiya göstərmək Təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı Dil bilikləri: Azərbaycan Təhsil və Təcrübə Ali təhsil Satış və ya müvafiq sahədə təcrübə arzuolunandır Bizim Təklifimiz Peşəkar və dinamik komandada çalışma imkanı Fərdi və peşəkar inkişaf üçün dəstək və təlimlər Şirkətin inkişafında real töhfə vermək imkanı Şəffaf və açıq korporativ mədəniyyət “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı. Maraqlanan namizədlərqeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.