Təcrübəli İnsan Resursları üzrə Mütəxəssis (HR)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 may 2026
Son Tarix: 4 iyun 2026
Təsvir
İş şəraiti
İş yeri: Bakı
İş qrafiki: Tam ştat
Şöbə: İnsan Resursları
Vəzifə öhdəlikləri:
Şirkətdə insan resursları üzrə bütün proseslərin peşəkar səviyyədə təşkili və idarə olunması;
Vakansiyaların hazırlanması, namizədlərin seçimi və strukturlaşdırılmış müsahibələrin aparılması;
Əmək müqavilələrinin hazırlanması, dəyişikliklərin və xitamların Əmək Məcəlləsinə uyğun icrası;
Şəxsi işlərin, kadr uçotunun və HR sənədlərinin tam, sistemli və məxfi şəkildə aparılması;
HR üzrə daxili prosedur və qaydaların tətbiqi və icrasına nəzarət;
Rəhbərliyə HR istiqamətində analitik hesabatların hazırlanması;
İşçilərin adaptasiya və daxili kommunikasiya proseslərinin idarə edilməsi.
Tələblər
İnsan Resursları, Hüquq, İdarəetmə və ya uyğun sahə üzrə ali təhsil;
HR sahəsində minimum 3 il peşəkar iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsini praktik səviyyədə bilmək;
Kadr uçotu və sənədləşməni müstəqil şəkildə aparmaq bacarığı;
Yüksək məsuliyyət, etik davranış və məxfilik prinsiplərinə riayət;
Analitik düşüncə və sistemli yanaşma;
MS Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı.
Biz təklif edirik:
Strukturlaşmış və inkişaf edən şirkətdə stabil iş mühiti;
Rəhbərlik səviyyəsində etimad və qərarvermə proseslərində iştirak;
Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi;
Təcrübə və biliklərə uyğun rəqabətli əmək haqqı;
Uzunmüddətli karyera inkişafı imkanı.
Uyğun namizədlər CV-lərini (şəkilli formada) qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Whatsapp: 0992040704
Necə Müraciət Etmək Olar
Abu-life Group
Vakansiya Təfərrüatları
Vakansiya ID
#15650
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə