Təcrübəçi Mühasib
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 8 iyun 2026
Təsvir
Mühasibatlıq sahəsində karyerasına başlamaq istəyən, öyrənməyə həvəsli və məsuliyyətli gənclər üçün təcrübə proqramı elan edilir. Təcrübə müddətində namizədə müasir mühasibatlığın əsasları praktiki şəkildə öyrədiləcəkdir.
Vəzifə öhdəlikləri (Tədris olunacaq):
Əmək haqqının hesablanması və ödəniş qaydalarının öyrənilməsi;
Vergi və DSMF hesabatlarının hazırlanması prosesində iştirak;
ƏDV depozit hesabı və şəxsi hesab vərəqələri ilə işləmə bacarığı;
Əsas vəsaitlərin uçotunun aparılması qaydaları;
Debitor və kreditorlarla üzləşmələrin həyata keçirilməsi;
Mühasibat uçotu hesablarında səhvlərin aşkarlanması və düzəldilməsi;
Rəhbərliyin digər tapşırıqlarının icrası.
Elektron qaimə-fakturaların hazırlanması, göndərilməsi və daxil olan qaimələrin yoxlanılması qaydalarının öyrənilməsi;
Namizədə dair tələblər:
Ali təhsil (Maliyyə, Mühasibatlıq ,İqtisadiyyat və ya digər əlaqəli sahələrdə təhsil alan və ya yeni bitirmiş);
MS Office proqramları (xüsusilə Excel) ilə ilkin səviyyədə işləmə bacarığı;
Detallara qarşı diqqətli və məsuliyyətli;
Komandada işləmək və yeni biliklərə sürətlə yiyələnmək həvəsi.
İş şəraiti:
Peşəkar mühitdə real iş təcrübəsi qazanmaq imkanı;
Təcrübə müddəti zamanı seçilmiş namizədə hər ay üçün ödəniş ediləcək
İş qrafiki: [Həftə içi 5 gün].
Uyğun Namizədlər CV-lərini murad.aghasiyev@gmail.com ünvanına göndərsin
Necə Müraciət Etmək Olar
Smartset Consulting
Vakansiya Təfərrüatları
Vakansiya ID
#16469
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə