Təchizatçı (Oyuncaq kateqoriyası, Buyer)
Bakı
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 1 may 2026
Son Tarix: 9 iyun 2026
Təsvir
Pərakəndə satış sahəsində fəaliyyət göstərən supermarket şəbəkəmiz üçün oyuncaq kateqoriyası üzrə təcrübəli və nəticəyönümlü təchizatçı axtarırıq.
Bu mövqe yalnız uzunmüddətli əməkdaşlıq düşünən və bazarı real şəkildə idarə etməyi bacaran namizədlər üçündür.
Əsas vəzifələr:
Oyuncaq kateqoriyası üzrə bazarın davamlı analizi və trendlərin izlənməsi
Sədərək və digər topdan satış mənbələrindən məhsulların seçilməsi və tədarükü
Təchizatçılarla effektiv danışıqların aparılması və sərfəli alış şərtlərinin təmin edilməsi
Satış potensialına uyğun düzgün assortimentin formalaşdırılması
Məhsul dövriyyəsinin və rentabelliyin optimallaşdırılması
Tələblər
Təhsil : Ali
İş təcrübəsi : 3 ildən 5 ilə qədər
Yaş : 27 - 40
Müvafiq sahədə iş təcrübəsi mütləqdir
Oyuncaq bazarı və yerli təchizat zənciri haqqında praktiki bilik
Güclü analiz və qərarvermə bacarıqları
Qiymət danışığı və təchizatçı idarəetməsi təcrübəsi
Məsuliyyətli, sistemli və uzunmüddətli əməkdaşlığa açıq yanaşma
Təklif edirik:
Rəqabətədavamlı maaş + nəticəyə əsaslanan bonus sistemi
Stabil və uzunmüddətli iş imkanı
Peşəkar və inkişaf yönümlü iş mühiti
Necə Müraciət Etmək Olar
Vest Produkt Marketinq MMC
Consulting
“WEST PRODUCT MARKETING” MMC kərə yağı bazarında əsas distribüter şirkətlərindən biri kimi 2003-cü ildən etibarən qida sektorunda fəaliyyət göstərir. Şirkətin fəaliyyətində Westgold, Golden Crown, Gerda, French Cow kərə yağı markaları ilə yanaşı, bitki yağları, pendir, süd, qatılaşdırılmış süd, makaron, düyü, zeytun, ketçup və s. kimi məhsul markaları, şirniyyat fabriki və supermarket şəbəkəsi yer alır.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#15641
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000