Ana Səhifə
Vakansiyalar
İnzibati və Ofis İdarəçiliyi
İnzibati dəstək

Təchizat və təsərrüfat şöbəsi/Şöbə müdirinin müavini

Təchizat və təsərrüfat şöbəsi/Şöbə müdirinin müavini

Tam Ştat

Menecer

Razılaşma yolu ilə

Yerləşdirilib 13 fevral 2026

Son Tarix: 10 mart 2026

Təsvir

  • Dövlət Radiotezliklər İdarəsinin (bundan sonra - DRİ) satınalmalar üzrə fəaliyyətinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təşkili məqsədilə satınalma siyasətinin hazırlanması və həyata keçirilməsində şöbə müdirinin rəhbərliyi çərçivəsində iştirak etmək;

  • İllik satınalma planının hazırlanması, təsdiq edilməsi və icrasının təşkilində şöbə müdirinin göstərişlərinə əsasən fəaliyyət göstərmək;

  • Satınalmaların təşkili məqsədilə müsabiqə (tender) komissiyasının formalaşdırılması ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

  • Satınalmanın əsas şərtlər toplusunun (texniki tapşırıq, ixtisas tələbləri və s.) hazırlanmasında iştirak etmək;

  • Keçirilmiş satınalmalar üzrə qalib müəyyən edilmiş təchizatçılarla müqavilələrin bağlanmasını təmin etmək;

  • Satınalma müqavilələrinin şərtlərinin vaxtında və düzgün icrasına nəzarət etmək;

  • Satın alınmış malların, işlərin və xidmətlərin müəyyən edilmiş keyfiyyət və texniki tələblərə uyğunluğunu yoxlamaq;

  • Satınalma prosesləri üzrə nəticələrin təhlili və qiymətləndirilməsi məqsədilə məlumatlar toplamaq, hesabatların hazırlanmasında iştirak etmək;

  • Keçirilmiş satınalmalar, bağlanmış müqavilələr və onların icra vəziyyəti barədə məlumatların toplanmasını və müvafiq hesabatların hazırlanmasını təmin etmək;

  • DRİ-nin fəaliyyət istiqamətləri üzrə satınalmalar sahəsində monitorinqlərin aparılmasında iştirak etmək;

  • DRİ-nin təsərrüfat fəaliyyəti üçün zəruri olan avadanlıq, material, mebel, ofis texnikası və kargüzarlıq ləvazimatları ilə təminatın təşkilində iştirak etmək;

  • Maddi-texniki təminat, eləcə də təmir-istismar tələbləri üzrə cari və perspektiv layihələrin hazırlanmasında iştirak etmək;

  • Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət tədbirlərini həyata keçirmək;

  • Quraşdırma işləri, texnoloji proseslər və avadanlıqların təhlükəsiz istismarına riayət olunmasını təmin etmək;

  • DRİ-nin balansında olan nəqliyyat vasitələrinin istismarı, texniki baxışı, təmiri və ehtiyat hissələri ilə təmin olunmasına nəzarət etmək;

  • İstifadədə olan iş sahələrinin, inventar və avadanlıqların səmərəli istifadəsi, saxlanılması, təmiri və qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək;

  • Şöbə müdirinin göstəriş və tapşırıqlarına uyğun olaraq digər əməliyyat, təşkilati və inzibati işləri icra etmək.

Tələblər

  • Müvafiq sahə üzrə (maliyyə, iqtisadiyyat və ya oxşar istiqamətlər) ali təhsil;

  • Dövlət satınalmaları haqqında qanunvericilik üzrə biliklər;

  • E-tender.gov.az portalından istifadə üzrə praktiki təcrübə;

  • Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dili biliyi arzuolunandır;

  • MS Office proqramlarında, xüsusilə Excel üzrə yüksək səviyyədə işləmə bacarığı;

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.

Necə Müraciət Etmək Olar

Dövlət Radiotezliklər İdarəsi

Dövlət Radiotezliklər İdarəsi

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#8562

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Menecer