Təchizat və təsərrüfat şöbəsi/Şöbə müdirinin müavini
Dövlət Radiotezliklər İdarəsi
Dövlət Radiotezliklər İdarəsinin (bundan sonra - DRİ) satınalmalar üzrə fəaliyyətinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təşkili məqsədilə satınalma siyasətinin hazırlanması və həyata keçirilməsində şöbə müdirinin rəhbərliyi çərçivəsində iştirak etmək;
İllik satınalma planının hazırlanması, təsdiq edilməsi və icrasının təşkilində şöbə müdirinin göstərişlərinə əsasən fəaliyyət göstərmək;
Satınalmaların təşkili məqsədilə müsabiqə (tender) komissiyasının formalaşdırılması ilə bağlı təkliflər hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;
Satınalmanın əsas şərtlər toplusunun (texniki tapşırıq, ixtisas tələbləri və s.) hazırlanmasında iştirak etmək;
Keçirilmiş satınalmalar üzrə qalib müəyyən edilmiş təchizatçılarla müqavilələrin bağlanmasını təmin etmək;
Satınalma müqavilələrinin şərtlərinin vaxtında və düzgün icrasına nəzarət etmək;
Satın alınmış malların, işlərin və xidmətlərin müəyyən edilmiş keyfiyyət və texniki tələblərə uyğunluğunu yoxlamaq;
Satınalma prosesləri üzrə nəticələrin təhlili və qiymətləndirilməsi məqsədilə məlumatlar toplamaq, hesabatların hazırlanmasında iştirak etmək;
Keçirilmiş satınalmalar, bağlanmış müqavilələr və onların icra vəziyyəti barədə məlumatların toplanmasını və müvafiq hesabatların hazırlanmasını təmin etmək;
DRİ-nin fəaliyyət istiqamətləri üzrə satınalmalar sahəsində monitorinqlərin aparılmasında iştirak etmək;
DRİ-nin təsərrüfat fəaliyyəti üçün zəruri olan avadanlıq, material, mebel, ofis texnikası və kargüzarlıq ləvazimatları ilə təminatın təşkilində iştirak etmək;
Maddi-texniki təminat, eləcə də təmir-istismar tələbləri üzrə cari və perspektiv layihələrin hazırlanmasında iştirak etmək;
Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələblərinə əməl olunmasına nəzarət tədbirlərini həyata keçirmək;
Quraşdırma işləri, texnoloji proseslər və avadanlıqların təhlükəsiz istismarına riayət olunmasını təmin etmək;
DRİ-nin balansında olan nəqliyyat vasitələrinin istismarı, texniki baxışı, təmiri və ehtiyat hissələri ilə təmin olunmasına nəzarət etmək;
İstifadədə olan iş sahələrinin, inventar və avadanlıqların səmərəli istifadəsi, saxlanılması, təmiri və qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək;
Şöbə müdirinin göstəriş və tapşırıqlarına uyğun olaraq digər əməliyyat, təşkilati və inzibati işləri icra etmək.