Təchizat üzrə böyük mütəxəssis
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 14 may 2026
Son Tarix: 6 iyun 2026
Təsvir
PAŞA Property Management “Təchizat üzrə böyük mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
Təchizat qrupunun fəaliyyətinin təşkili, koordinasiyası və əməkdaşların iş bölgüsünün həyata keçirilməsi;
Qrup üzvlərinin fəaliyyətinə nəzarət edilməsi, icra intizamının və iş keyfiyyətinin təmin olunması;
Komandanın inkişafı, əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılmasına dəstək göstərilməsi;
Təchizat prosesləri üzrə iş planlarının hazırlanması və icrasına nəzarət olunması;
Qrup üzrə fəaliyyət nəticələrinin qiymətləndirilməsi və rəhbərliyə hesabatların təqdim edilməsi;
Struktur bölmə daxilində effektiv kommunikasiya və komanda işinin təşviq edilməsi;
Şöbənin strateji hədəflərinə uyğun olaraq qrup fəaliyyətinin yönləndirilməsi;
Yaranan operativ məsələlərin həlli və qərarların vaxtında qəbul edilməsinin təmin olunması ;
Şirkətin fəaliyyət istiqamətlərinə uyğun olaraq satınalma və təchizat proseslərinin idarə olunması;
Yerli və xarici təchizatçılarla əməkdaşlığın qurulması, kommersiya danışıqlarının aparılması və optimal şərtlərin əldə edilməsi;
Qiymət təkliflərinin toplanılması, müqayisəli təhlilin aparılması və rəhbərliyə təqdim edilməsi;
Müqavilələrin hazırlanması, razılaşdırılması və icrasına nəzarət edilməsi;
Satınalma sifarişlərinin vaxtında və müəyyən edilmiş standartlara uyğun icrasının təmin olunması;
Təchizat prosesində xərc optimallaşdırılması və büdcəyə nəzarətin həyata keçirilməsi;
Bazar araşdırmalarının aparılması, yeni təchizatçıların müəyyənləşdirilməsi və təchizat bazasının genişləndirilməsi;
Tender, kotirovka və digər satınalma proseslərinin idarə edilməsi;
CAPEX, Sifarişçilər, Maliyyə, Anbar və digər aidiyyəti struktur bölmələrlə koordinasiyalı fəaliyyətin təmin olunması;
Təchizat üzrə aylıq, rüblük və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
Satınalma sənədlərinin düzgün rəsmiləşdirilməsi;
Şirkətin daxili prosedurlarına, etik qaydalara və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərilməsi;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətli icra olunması.
Tələblər
Ali təhsil (iqtisadiyyat, idarəetmə, logistika və ya digər müvafiq sahə üzrə);
Təchizat, satınalma və ya logistika sahəsində ən azı 3 il iş təcrübəsi;
Müqavilələrin, kommersiya təkliflərinin və tender sənədlərinin hazırlanması bacarığı;
Satınalma və təchizat proseslərinin qanunvericiliyə və daxili prosedurlara uyğun icrası üzrə biliklər;
Güclü analitik düşüncə və danışıqlar aparmaq bacarığı;
Azərbaycan dilində səlis, İngilis dili biliyi (yaxşı səviyyədə), Rus dili biliyi üstünlükdür.
Necə Müraciət Etmək Olar
PASHA Property Management
Other
PAŞA Property Management (PAŞA Property Management) Azərbaycanda premium daşınmaz əmlakın idarəedilməsi sahəsində aparıcı şirkətdir. O, yaşayış binaları, villalar, biznes mərkəzləri və sərgi sahələri kimi yüksək səviyyəli obyektlərin idarə olunmasını həyata keçirir və müasir texnologiyalarla komfort, təhlükəsizlik və keyfiyyət standartlarını təmin edir. Məqsədi müştərilərə şəxsiləşdirilmiş və yüksək komfortlu xidmətlər göstərərək daşınmaz əmlakın dəyərini artırmaqdır. Şirkət müxtəlif prestijli layihələrin — “Port Baku Residence”, “Knightsbridge Residence”, “Baku Palace”, “Parkview Apartments” və “Baku City Villas” kimi Bakının nüfuzlu yaşayış və kommersiya əmlaklarının idarə edilməsində iştirak edir. PAŞA Property Management həm yerli, həm də beynəlxalq müştərilərə uyğun həllər təklif edir və daşınmaz əmlak sahəsində etibarlı tərəfdaş kimi fəaliyyət göstərir.
Şirkət Profilinə BaxVakansiya Təfərrüatları
Vakansiya ID
#16375
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə
Şirkət Ölçüsü
501-1000