Suvarma üzrə mütəxəssis (Ağcabədi)
Tam Ştat
Orta Səviyyə
Razılaşma yolu ilə
Yerləşdirilib 5 yanvar 2026
Son Tarix: 5 fevral 2026
Təsvir
Vəzifə öhdəlikləri:
Təsərrüfat üzrə suvarma planlarını hazırlamaq və təsdiq üçün rəhbərliyə təqdim etmək.
Pivot, damcılı və digər suvarma sistemlərinin işini planlaşdırmaq və əlaqələndirmək.
Suvarma operatorlarının və texniki heyətin gündəlik fəaliyyətini təşkil etmək və nəzarət etmək.
Suvarma dövrləri və qrafiklərinin icrasına nəzarət etmək, dəyişikliklər barədə rəhbərliyə məlumat vermək.
Suvarma zamanı istifadə olunan su miqdarını və təzyiq göstəricilərini izləmək və hesabat aparmaq.
Su mənbələrinin (su anbarı, nasos stansiyası və s.) vəziyyətinə texniki baxış işlərini təşkil etmək.
Suvarma sistemlərinin texniki baxım və təmir planlarını hazırlamaq və icrasını təmin etmək.
Suvarma ilə bağlı texniki və ekoloji tələblərə riayət olunmasına nəzarət etmək.
Suvarma sahəsində yenilik və texnologiyaların tətbiqi ilə bağlı təkliflər vermək.
Vəzifə tələbləri:
Ali təhsil
Suvarma sahəsi üzrə əsas anlayışlar
Minimum 1 il iş təcrübəsi
Operativ düşünmə və stressə davamlılıq
Zamanın düzgün idarə olunması, sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;
Sahə şəraitində işləmək bacarığı
Azərbaycan dili səlis
Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.
Əlavə məlumat:
Struktur: Ağcabədi təsərrüfatı
Bilavasitə tabe olduğu şəxs: Təsərrüfat rəhbəri
Birbaşa rəhbəri: Suvarma sistemləri üzrə aparıcı mütəxəssis
İş yeri: Ağcabədi rayonu, Salmanbəyli kəndi
İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00);
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Suvarma üzrə mütəxəssis – Ağcabədi) qeyd edərək qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Necə Müraciət Etmək Olar
Şirkət Haqqında
Mövcud deyil
Azərşəkər LLC
Vakansiya Təfərrüatları
Vakansiya ID
#4026
İş Növü
Tam Ştat
Təcrübə Səviyyəsi
Orta Səviyyə