Tam Ştat

Orta Səviyyə

Razılaşma yolu ilə

Yerləşdirilib 19 dekabr 2025

Son Tarix: 19 yanvar 2026

Təsvir

Vəzifə öhdəlikləri:

  • Traktorçuların, ekskovatorçuların və kombayn sürücülərinin gündəlik iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;

  • Texnikaların və aqreqatların GPS və digər izləmə sistemlərinin köməyi ilə başlanğıc məntəqədən  son məntəqəyə kimi real vaxt ərzində hərəkətini izləmək, onların hərəkətini koordinasiya edərək optimal marşrut xətlərinin hazırlamaq;

  • Kənd təsərrüfatı texnikalarının və yük avtomobillərinin  göndərilməsinə və sahədən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin sahədən vaxtında qayıtmadığı bütün hallar haqqında rəhbər şəxsə məlumat vermək;

  • Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda, dərhal onun haqqında rəhbərliyə məlumat vermək;

  • Ekskavatorçular,  traktorçular və kombayn sürücüləri ilə hesabat aparmaq və tapşırıqları çatdırmaq;

  • Ekskavatorçular, traktorçular və kombayn sürücülərinə mütəmadi dərslərin keçirilməsini təşkil etmək, iş öncəsi riskləri qiymətləndirərək onlara bu barədə lazımi təlimatlar vermək və onların təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət etmək;

  • Ekskavatorçular, traktorçular və kombayn sürücülərinin sahədən mütəmadi məlumat ötürməsini təmin etmək və rəhbərliyə vaxtı vaxtında məlumat vermək, problem yarandıqda sürücülərə təlimat verərək onların koordinasiyasını təmin etmək;

  • Texnikalar və aqreqatlara mütəmadi olaraq mexanik və təmirçi çilingərlərlə birlikdə baxış keçirmək və aşkarlanmış nöqsanlar barədə rəhbərliyə məlumat vermək;

  • Texniki xidmətlərin texniki baxış qrafiklərinə uyğun edilməsinə nəzarət etmək;

  • Yanacaq sərfi haqqında gündəlik və aylıq iş hesabatları hazırlamaq, texnikanın və aqreqatın iş məhsuldarlığını qeydiyyata almaq və bu məlumatları sistemə daxil etmək;

  • Texnikaların və aqreqatların boşdayanmalarının qarşısını alaraq yanacaqdan və iş saatından səmərəli istifadə etmək

  • Kənd təsərrüfatı texnikalarının və yük avtomobillərinin  cərimələrinə nəzarət etmək və cərimənin səbəbini analiz etmək;

  • Kənd təsərrüfatı texnikalarında və yük avtomobillərində  baş verə biləcək nasazlıqlarla bağlı mexanikə məlumat vermək;

Vəzifə tələbləri:

  • Tam orta təhsil (ali təhsil arzuolunandır)

  • İş sahəsi üzrə əsas anlayışlar

  • Operativ düşünmə və stressə davamlılıq

  • Zamanın düzgün idarə olunması, sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;

  • Azərbaycan dili səlis

  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.

Əlavə məlumat:

  • Struktur: Mərkəzi texniki baza

  • Bilavasitə tabe olduğu şəxs: Mərkəzi texniki bazanın rəhbəri

  • İş yeri: Yevlax təsərrüfatı

  • İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00);

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Dispetçer) qeyd edərək göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.

Necə Müraciət Etmək Olar

Şirkət Haqqında

Mövcud deyil

Azərşəkər LLC

Azərşəkər LLC

Şirkət Profilinə Bax

Vakansiya Təfərrüatları

Vakansiya ID

#3209

İş Növü

Tam Ştat

Təcrübə Səviyyəsi

Orta Səviyyə

Bu Şirkətdən Daha Çox Vakansiya

Ehtiyyat hissələrin planlaşdırma və sifarişi üzrə mütəxəssis

Tam Ştat

Vəzifə öhdəlikləri: Ehtiyat hissələrinin müxtəlif mənbələrdən (internet, kataloq, B2B platformalar və dilerlərdən) kodlarını müəyyən edir, hissələrin modellərə uyğunluğunu yoxlayır, orijinal və analoji hissələri araşdırır, hissələrin orijinallığını kodla yoxlayır. Satınalma üçün texniki tapşırıq və sifariş tələbi formalaşdırır, bütün məlumatları daxil edir: kataloq kodu, miqdar, texnika modeli, təsvirlər. ERP sistemi üzərindən rəsmi sifariş yaradır. Zəruri ehtiyat hissələrinin plan siyahısını tərtib edir, sifarişlərin prioritetlərini, mövsümi tələb və istehlak normasını müəyyən edir, kritik ehtiyatların siyahısını hazırlayır. Keçmiş illərin təmir və TQ tarixçəsini təhlil edir, illik ehtiyat hissələri  planını hazırlanmasında iştirak edir Səpin, becərmə, yığım və payız mövsümləri üçün ehtiyat siyahısı hazırlayır,  filtr, yağ, kəmər, hidravlik şlanq, podşipnik, işçi orqanlar üzrə ehtiyacları planlaşdırır. ERP-də anbar qalıqlarını izləyir, minimum və maksimum ehtiyat səviyyələrini müqayisə edir. Baş mexanik ,mexanik  və anbardarla işləyir, bölmələrdən ehtiyat hissəsi tələblərini toplayır. Ehtiyat hissəsinin uyğunluğunu texniki parametrlərlə yoxlayır,  ölçü, təzyiq, uzunluq, güc və digər parametrləri dəqiqləşdirir. Sifarişlərin çatdırılma vaxtını izləyir,  logistikanı və təchizatçıların icrasını monitorinq edir. Təkrar nasazlıqlar, material sərfiyyatı, qiymət tendensiyalarını təhlil edir, hesabatlar hazırlayır. Ehtiyat hissələrini qruplara ayırır: kritik ehtiyat mövsümi ehtiyat cari istismar ehtiyatı TO ehtiyatı Vəzifə tələbləri: Tam orta təhsil (ali təhsil arzuolunandır) İş sahəsi üzrə əsas anlayışlar Operativ düşünmə və stressə davamlılıq Zamanın düzgün idarə olunması, sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik; Azərbaycan dili səlis Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi. Əlavə məlumat: Struktur: Mərkəzi texniki baza Bilavasitə tabe olduğu şəxs: Mərkəzi texniki bazanın rəhbəri İş yeri: Yevlax İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00); Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Ehtiyyat hissələrin planlaşdırma və sifarişi üzrə mütəxəssis) qeyd edərək qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.

Suvarma üzrə mütəxəssis (Ağcabədi)

Tam Ştat

Vəzifə öhdəlikləri: Təsərrüfat üzrə suvarma planlarını hazırlamaq və təsdiq üçün rəhbərliyə təqdim etmək. Pivot, damcılı və digər suvarma sistemlərinin işini planlaşdırmaq və əlaqələndirmək. Suvarma operatorlarının və texniki heyətin gündəlik fəaliyyətini təşkil etmək və nəzarət etmək. Suvarma dövrləri və qrafiklərinin icrasına nəzarət etmək, dəyişikliklər barədə rəhbərliyə məlumat vermək. Suvarma zamanı istifadə olunan su miqdarını və təzyiq göstəricilərini izləmək və hesabat aparmaq. Su mənbələrinin (su anbarı, nasos stansiyası və s.) vəziyyətinə texniki baxış işlərini təşkil etmək. Suvarma sistemlərinin texniki baxım və təmir planlarını hazırlamaq və icrasını təmin etmək. Suvarma ilə bağlı texniki və ekoloji tələblərə riayət olunmasına nəzarət etmək. Suvarma sahəsində yenilik və texnologiyaların tətbiqi ilə bağlı təkliflər vermək. Vəzifə tələbləri: Ali təhsil Suvarma sahəsi üzrə əsas anlayışlar Minimum 1 il iş təcrübəsi Operativ düşünmə və stressə davamlılıq Zamanın düzgün idarə olunması, sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik; Sahə şəraitində işləmək bacarığı Azərbaycan dili səlis Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi. Əlavə məlumat: Struktur: Ağcabədi təsərrüfatı Bilavasitə tabe olduğu şəxs: Təsərrüfat rəhbəri Birbaşa rəhbəri: Suvarma sistemləri üzrə aparıcı mütəxəssis İş yeri: Ağcabədi rayonu, Salmanbəyli kəndi İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00); Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Suvarma üzrə mütəxəssis – Ağcabədi) qeyd edərək qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.